MƏDƏNİYYƏT


“Miss & Mister Planet-2016” gözəllik müsabiqəsində ölkəmiz də təmsil olunur

A+ A

Bakı, 8 sentyabr, AZƏRTAC

Gürcüstanın Batumi şəhərində, bəylər və xanımlar arasında keçirilən dünyanın nüfuzlu gözəllik müsabiqələrindən sayılan “Miss & Mister Planet-2016”ya start verilib.

AZƏRTAC xəbər verir ki, müsabiqədə ölkəmizi Yusif Cəfərli və Anna Qranovskaya təmsil edir.

Müsabiqəyə qatılan modellərimiz hazırda beynəlxalq konkursa ciddi şəkildə hazırlaşırlar. Müsabiqənin ilk günü Azərbaycan komandasının idarə heyəti tərəfindən “Azərbaycan günü” də təşkil olunub. “Welcome Azerbaijan” partisində iştirakçılara Azərbaycan şərabları, milli meyvə suları və milliyi göstərən hədiyyələr təqdim olunub. Həmçinin, müsabiqənin ikinci günü “Milli geyimlər günü” də keçirilib.

Təmsilçilərimiz uğurla çıxış edərək beynəlxalq jüri heyətinin müsbət rəyini alıblar. Müsabiqənin beynəlxalq jüriləri arasında həmyerlimiz Aqil Məmiyev də var.

Qeyd edək ki, müsabiqə sentyabrın 11-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.