DÜNYA


Moldova Müdafiə Nazirliyi “Milli Ordunun 25 ili” yubiley medalının hazırlanmasını maliyyələşdirəcək

A+ A

Kişineu, 20 avqust, AZƏRTAC

Moldova Prezidenti Nikolaye Timofti “Milli Ordunun 25 ili” yubiley medalını təsis edib və onun hazırlanmasının maliyyələşdirilməsini təmin etməyi Müdafiə Nazirliyinə tapşırıb.

AZƏRTAC Moldova KİV-lərinə istinadla xəbər verir ki, medal silahlı qüvvələrin qartal görkəmində embleminin qabarıq təsviri ilə diametri 30 millimetr olan qızılı girdə medalyondan ibarətdir. O, plankaya ortasından sarı zolaq keçən göy rəngli muar lentlə bərkidilir. Mükafatın ümumi hündürlüyü 78 millimetrdir. Moldova Prezidentinin fərmanına görə, bu medalla hərbi iş sahəsində xüsusi xidmətlərinin etirafı əlaməti olaraq və Milli Ordunun 25-ci ildönümünün qeyd edilməsi münasibətilə Müdafiə Nazirliyinin, Milli Ordunun və onlara tabe idarələrin hərbi qulluqçuları və mülki şəxsləri təltif olunurlar.

Moldova Milli Ordusunun 25-ci ildönümü sentyabrın 3-də qeyd ediləcək.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.