İQTİSADİYYAT
Moskva prospektində hərəkət qısa müddətə məhdudlaşdırılacaq
Bakı, 17 yanvar, AZƏRTAC
Aparılacaq təmir işləri və yüksəkgərginlikli elektrik xətlərinin dəyişdirilməsi ilə əlaqədar olaraq yanvarın 18 və 19-da gecə saat 01:00-dən 03:00-a qədər Moskva prospektində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.
Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.
Məhdudlaşdırma həm əsas (tunel), həm də köməkçi yollarda (Şamaxinka) tətbiq ediləcək.
Qısa müddətlik təmir işləri zamanı sürücülər alternativ olaraq “Bakı Dairəvi-1” avtomobil yolundan və ya Biləcəri qəsəbəsinin əsas yolundan istifadə edərək şəhərə daxil ola bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]