SİYASƏT


Mövlud Çavuşoğlu: Türkiyədə dövlət çevrilişinə cəhddən dərhal sonra Azərbaycan bizə güclü dəstək verdi VİDEO

A+ A

Bakı, 25 iyul, AZƏRTAC 

Türkiyədə dövlət çevrilişinə cəhddən dərhal sonra gözlədiyimiz kimi, qardaş Azərbaycan bizə güclü dəstək verdi. Azərbaycanlı qardaşlarımız yalnız telefonlarla deyil, həm də atdıqları addımlarla Türkiyənin yanında olduqlarını bir daha göstərdilər. Qardaşlıq da məhz budur. Bir millət olmaq bunu tələb edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Habertürk” televiziyasına müsahibəsində deyib.

Müsahibəsində, həmçinin Azərbaycanın işğal edilmiş torpaqlarının azad olunması istiqamətində danışıqların son vaxtlar intensivləşdiyini vurğulayan M.Çavuşoğlu deyib: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində Rusiyanın, Minsk qrupu həmsədrlərinin təşəbbüsləri artıb. Bildiyimiz kimi, Sankt-Peterburqda Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri arasında görüş keçirildi və bəzi təkliflər oldu. Biz bütün bu məsələlərdə hər zaman Azərbaycanın yanındayıq. Azərbaycana son səfərim zamanı qardaş ölkənin məsələnin həlli ilə bağlı qəbul edəcəyi bütün təklifləri dəstəkləyəcəyimizi və bəzi məsələlərdə birlikdə addımlar ata biləcəyimizi də müzakirə etdik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.