CƏMİYYƏT
Müasir Azərbaycan gəncliyi tam vətənpərvər ruhda böyüyür
AZƏRTAC xəbər verir ki, YAP Gənclər Birliyinin sədri Seymur Orucov layihənin həyata keçirilməsində əsas məqsədin Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş qəhrəmanlarımızın yeni nəsil gənclərə tanıdılması olduğunu deyib. O bildirib ki, layihənin həyata keçirilməsi müasir gəncliyin tam vətənpərvər ruhda böyüdüyünü göstərdi.
Layihənin rəhbəri Vüsalə Hüseynova gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində görülən işlərdən danışıb.
Layihənin hər bir vətəndaş üçün dəyərli və müqəddəs mövzuya həsr olunduğunu deyən YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, bu layihə Azərbaycanda milli mənəvi dəyərlərin qorunması, tariximizdə qəhrəmanların rolu barədə ictimaiyyətə dolğun məlumatın çatdırılması baxımından çox əhəmiyyətlidir.
V.Rəhimzadə qeyd edib ki, Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Ulu öndər Heydər Əliyev həmişə gənclərə güvənərək onlara böyük etimad göstərib. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Daha sonra layihənin yekunlarına həsr olunan videoçarxın təqdimatı olub.