CƏMİYYƏT


Müasir Azərbaycan jurnalistikasının inkişaf perspektivləri müzakirə edilib

A+ A

Bakı, 10 noyabr, AZƏRTAC

Noyabrın 10-da “Sputnik Azərbaycan” informasiya agentliyinin mətbuat mərkəzində milli radionun 90 illik və Azərbaycan televiziyasının 60 illik yubileyləri münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə fəxri adlara layiq görülmüş tanınmış Azərbaycan jurnalistləri ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, politoloq, Qərb Universitetinin professoru Fikrət Sadıxov jurnalistika sahəsinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib. O, AZƏRTAC-dakı işi ilə bağlı xatirələrini, habelə siyasi veriliş aparıcısı kimi iş təcrübəsini bölüşüb.

Populyar teleaparıcı Nərgiz Cəlilova qeyd edib ki, jurnalistin fəaliyyətində ön plana əzmkarlıq, əməksevərlik və məsuliyyət kimi xüsusiyyətlər çıxmalıdır. O, öz dünyagörüşünü daim genişləndirməli, dillər öyrənməli, müxtəlif treninqlərdə iştirak etməlidir. Təcrübəsiz işçi yalnız bu yolla peşəkar jurnalistə çevrilə bilər.

Sonra tədbir iştirakçıları müasir Azərbaycan jurnalistikasının inkişaf perspektivlərini və problemlərini müzakirə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.