Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Müasir dünyada miqrantların hüquqlarının qorunması aktual problemlərdən biridir VİDEO

Bakı, 27 aprel, AZƏRTAC

Min illərdir insanlar daha yaxşı yaşamaq ümidi ilə miqrasiya edirlər. Bunların arasında daha çox sosial imkanlar əldə etmək, daha yaxşı şəraitdə, daha təmiz ekoloji yerdə yaşamaq, yaxud xaricdə yaşayan ailəsinə, dostlarına qovuşmaq arzusunda olanlar da tapılır. Lakin miqrantlar əsasən ölkələrində baş verən münaqişələr və təbii fəlakətlər ucbatından öz evlərini tərk etməyə məcbur olurlar. Buna görə müasir dünyada miqrasiya proseslərinin tənzimlənməsi, miqrantların hüquqlarının qorunması aktual problemlərdən biridir. Təsadüfi deyil ki, BMT tərəfindən dövlətlərə, həmçinin hökumət və qeyri-hökumət təşkilatlarına miqrantların əsas hüquq və azadlıqlarına dair məlumatların ictimaiyyətə çatdırılması, təcrübə mübadilələri vasitəsilə onların müdafiəsinin təmin edilməsi tövsiyə olunur.

AZƏRTAC xəbər verir ki, bu fikirlər aprelin 27-də Bakıda öz işini uğurla davam etdirən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində “Böhran dövründə hesabatvermə: Yaradıcı hekayələr vasitəsilə miqrant həyatından bəhs edən hadisələrin nəqli” mövzusunda keçirilən bölmə iclasında səsləndirilib.

İclasa moderatorluq edən “The Haitian Times” qəzetinin baş redaktoru xanım Vania Andre mövzunun aktuallığını diqqətə çatdıraraq vurğulayıb ki, miqrantlıq insan hüququdur. Onlara məskunlaşdıqları ölkələrin iqtisadi-mədəni həyatında fəal iştirak etmək imkanı yaradılmalıdır. O deyib ki, miqrantlara başlarına gələnləri ictimaiyyətə çatdırmaq üçün şərait yaradılmalıdır. Bunun üçün miqrantların acınacaqlı həyatından bəhs edən filmlərin çəkilməsi, əsərlərin yazılması, sərgilərin təşkili, eləcə də hər bir miqrantın insanlar qarşısında danışması ən təsirli vasitədir. “Elə etmək lazımdır ki, miqrantlar öz hekayələrini çəkinmədən ürəkdən danışa bilsinlər. Məncə, bombanın dağıtdığı məktəbdən sağ çıxan və dostlarını itirən iraqlı qızın göz yaşlarına boğularaq hadisələri nəql etməsi hər bir insanın qəlbində mərhəmət duyğusu yarada bilər”, - deyə V.Andre bildirib.

İspaniyada nəşr olunan “Los-Angeles Times”ın rəqəmsal texnologiyalar üzrə direktoru xanım Claudia Nunez miqrantların həyatı haqqında məlumatlar topladığını bildirərək deyib ki, hər bir məlumatın arxasında insan taleyi dayanır. Məlumatlar isə heç vaxt yalan danışmır. Odur ki, şəhər rəhbərləri bu insanların taleyinə laqeyd münasibət göstərməməlidirlər. O, bir çox ölkələrdə miqrantların hüquqlarının pozulduğunu diqqətə çatdırıb. Bildirib ki, harada yaşamasından asılı olmayaraq miqrantlara hörmət və diqqət göstərilməsi təmin edilməlidir.

“Cast From the Storm”un direktoru David Mason isə miqrant uşaqlarının həyatı haqqında çəkdiyi filmlərdən danışıb. Qeyd edib ki, bu uşaqların gələcəyini düşünmək lazımdır. Çünki onlar milyonlarla insanları təmsil edirlər.

Fotoqraf Colin Boyd Shafer Toronto şəhərində əhalinin 50 faizini miqrantların təşkil etdiyini bildirib və Kanadada onlar üçün yaradılan imkanlardan bəhs edib. Vurğulayıb ki, miqrantların həyatını əks etdirən filmlər və fotolar reallığa söykənməlidir.

“EXPO Collektive”nin qurucusu xanım Christina Elizabeth Rodríguez isə miqrant həyatından bəhs edən hadisələrin ictimaiyyətə çatdırılmasında sərgilərin əhəmiyyətini qeyd edib. O, Çikaqoda 20 belə sərginin artıq təşkil olunduğunu söyləyib.

Xanım rəssam Tania Bruguera miqrantların həyatı ilə 2000-ci ildən maraqlandığını və bu insanların həm öz ölkələrində, həm də getdikləri Avropa ölkələrində səsvermə hüquqlarının pozulduğunu bildirib. Qeyd edib ki, miqrantlar getdikləri ölkələrin siyasi həyatından təcrid olunublar. O, miqrantların siyasi hüquqlarının təmin edilməsinin vacibliyini söyləyib.

İclas mövzu ətrafında müzakirələrlə davam edib. Müzakirələr zamanı miqrantların əsas hüquq və azadlıqlarına hörmətlə yanaşmağın əhəmiyyəti vurğulanıb.

Müasir dünyada miqrantların hüquqlarının qorunması aktual problemlərdən biridir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır