ORDU
Müdafiə Nazirliyinin Baş idarələrindən birinin yeni inzibati binasının açılışı olub
Bakı, 1 iyul, AZƏRTAC
Müdafiə Nazirliyinin Baş idarələrindən birinin əsaslı təmirdən sonra inzibati binasının açılış mərasimi keçirilib.
Tədbirdə iştirak edən Müdafiə Nazirliyinin rəhbərliyinə məlumat verilib ki, yüksək texnologiyalı bütün kommunikasiya xətləri, yeni mebel və digər zəruri avadanlıqla təchiz edilmiş üçmərtəbəli bina inzibati, xidməti iş otaqlarından və konfrans zalından ibarətdir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mərasimdə Baş İdarənin fəaliyyəti və xidmətin təşkili ilə bağlı ətraflı brifinq təqdim olunub.
Tədbir iştirakçıları yaradılan şəraitdən məmnun qaldıqlarını, göstərilən diqqət və qayğıya görə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [16:59]
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib VİDEO
- 10.05.2024 [11:19]
Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib VİDEO
- 08.05.2024 [21:00]