ELM VƏ TƏHSİL


Müəllimlərin və direktorların işə qəbulu üzrə növbəti elektron sınaq imtahanları keçiriləcək

Bakı, 20 may, AZƏRTAC

Təhsil İnstitutunun Təhsil Texnologiyalar Mərkəzi müəllimlərin və direktorların işə qəbulu üzrə elektron sınaq imtahanlarını keçirməyi davam edir. Növbəti sınaq imtahanları mayın 27-də 220 nömrəli məktəbdəki imtahan mərkəzində təşkil olunacaq.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, real imtahan şəraitini hiss etmək istəyənlər, müəllim olmağa namizədlər biliklərini sınamaq üçün qeydiyyatdan keçməlidirlər.

İmtahana qeydiyyat üçün http://bit.ly/2pn1g5M, http://bit.ly/2qZFntQ linklərdən istifadə etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.