Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“Multikulturalizm və özgünlük: cəmiyyətdə dəyər konsensusu axtarışında” mövzusunda “dəyirmi masa” maraqlı məsələlərin müzakirəsi ilə yadda qalmışdır VİDEO

Bakı, 1 noyabr (AZƏRTAC). Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində noyabrın 1-də “Multikulturalizm və özgünlük: cəmiyyətdə dəyər konsensusu axtarışında” mövzusunda “dəyirmi masa” keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Bakı Slavyan Universitetinin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Kamal Abdulla Forumun əhəmiyyətini yüksək qiymətləndirmişdir. Rektor bildirmişdir ki, bir sıra ölkələrin sabiq prezidentlərinin, o cümlədən 45 dövlətdən alimlərin, mədəniyyət işçilərinin burada iştirakı “dəyirmi masa”ya diqqətin yüksək olduğunu göstərir.

K.Abdulla xatırlatmışdır ki, III Bakı Beynəlxalq Humanitar Forumunda dövlətimizin başçısı İlham Əliyev multikulturalizmin müasir dünyada əhəmiyyəti barədə danışmış, bunun artıq həyat tərzimizə çevrildiyini bildirmişdir.

Serbiyanın keçmiş Prezidenti Boris Tadiç multikulturalizmin konseptual baxımdan alternativinin olmadığını demişdir. B.Tadiç bildirmişdir ki, bu Forum nəzərdə tutulan multikulturalizm modeli ilə bağlı təcrübənin həyata keçirilməsinə xidmət edəcəkdir. “Mən ondan narahatam ki, bəzən bu modelin fəaliyyətini şübhə altına qoyurlar. Mən zorakılıqdan, sabitliyin pozulmasından və müharibələrdən qaçmağa kömək edə biləcək multikulturalizmin təşviqini təkid etmək istərdim”, - deyə sabiq Prezident bildirmişdir.

İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri demişdir ki, multikulturalizm bugünkü həyatımızın reallığıdır. O bildirmişdir ki, müasir dünyada multikulturalizmin alternativi yoxdur. Çünki dünyada müxtəlif mədəniyyətlər, dinlər mövcuddur. Bunlar cəmiyyətlərin sərvətidir. Dünyada qan tökülməsi dayandırılmalıdır. Hər kəs çalışmalıdır ki, dünyada sülh və sabitlik təmin edilsin. Bu gün dünyada çoxlu sayda məcburi köçkün və qaçqın vardır. Məhz elə bunları nəzərə alaraq multikulturalizm təşviq edilməlidir.

Tədbirdə çıxış edən Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesko bildirmişdir ki, insanlar arasında dini və sosial ayrı-seçkilik aradan götürülməlidir. Sabiq Prezident Xristianlıqla İslam arasında müxtəlif mübadilələr olduğunu qeyd edərək demişdir: “Bu gün multikulturalizmdən danışırıqsa məhz dinlərarası dialoqun inkişaf etdirilməsinə diqqət yetirməliyik. Əgər söhbət müasir Avropadan gedirsə, biz dinlərarası dialoqun yayılmasına çalışmalıyıq. İnanclar düzgün prizmalardan qəbul olunmalı və təhlil edilməlidir”.

Latviyanın sabiq Prezidenti Valdis Zatlers də Forumun əhəmiyyətindən danışaraq, dünyada yaşayan insanların mədəni və etnik fərqlilikləri barədə fikirlərini bölüşmüşdür. V.Zatlers demişdir: “Mən multikulturalizmi gül çələnginə bənzədirəm. Ona daim qulluq etməliyik”.

Bakıda belə bir Forumun keçirilməsini yüksək qiymətləndirən Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy demişdir: “Dünyada belə bir platforma tapmaq çətindir. Çoxlu sayda qonaqların gəlməsi isə müasir varlığın ən ciddi, ən dərin və əhəmiyyətli intellektual, siyasi və mülki problemlərini müzakirə etməyə ehtiyacın olduğunu göstərir”.

Sonra “dəyirmi masa” “Multikulturalizm və cəmiyyətdə inteqrasiya problemləri” mövzusunda paneldə davam etmişdir.

İtaliyanın keçmiş Baş prokuroru İtaliano Espozito multikulturalizmi cəmiyyətin inkişafına təkan verən və münaqişələrin qarşısını alan amil kimi qiymətləndirmiş, bunun hüquqi cəhətlərindən danışmışdır.

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov bildirmişdir ki, multikulturalizmin nikbin gələcəyi onun irəliləyişinə əsaslanır. E.İsgəndərov qeyd etmişdir ki, müasir dövrdə hamımız gözləyirik ki, multikulturalizmin nikbin gələcəyi onun irəliləyişinə əsaslanacaq və əlbəttə, harada bu irəliləyiş yoxdursa, münaqişələrin ağır nəticələrinin şahidi oluruq.

Komitə sədri bildirmişdir ki, bu yaxınlarda bütün dünyada, xüsusilə Avropada baş verənlər dinlərin müxtəlifliyinə qarşı olan dilemmanın ciddiliyini göstərir. Beynəlxalq aləm bu məsələyə biganə qalmamalıdır. Zorakılığa son qoyulmalıdır. Dözümlülük bütün cəmiyyətlərdə həyat normasına çevrilməlidir. Bu baxımdan Azərbaycanın müsbət təcrübəsi vardır.

Avstriya şahzadəsi, rəssam Letisiya Françeska Reus dünya mədəniyyətinin bu gün şüurda necə əks olunması barədə fikirlərini bölüşmüşdür.

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Kamilə Əliyeva bildirmişdir ki, multikulturalizm hər bir dövlət üçün siyasi platformaya çevrilməlidir. K.Əliyeva bunun üçün xüsusi siyasi tədbirlərin hazırlanmasının vacibliyini vurğulamışdır. Kafedra müdiri tolerantlığın bir model kimi qəbul edilməsinin vacibliyini də diqqətə çatdırmış, Avropanın bir çox ölkələrində ksenofobiya və identikliyin hökm sürdüyünü demişdir.

Tədbirdə çıxış edən UNESCO üzrə Türkiyə Milli Komissiyasının İdarə Heyətinin üzvü Harun Təpə, Bakı Slavyan Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sahibə Qafarova, İtaliyanın Siyena şəhər Tribunalının hakimi, professor Françesko Banyai, Malta parlamentinin fəxri sədri Maykl Frendo, Ukrayna Milli Elmlər Akademiyasının Ümumdünya Tarixi İnstitutunun elmi katibi Viktoriya Soloşenko, Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadə, ABŞ-ın Şimali Karolina Dövlət Universiteti fəlsəfə və din fakültəsinin professoru Marina Bıkova və başqaları etnik azlıqlar, onların milli xüsusiyyətlərinin qorunub saxlanılması məsələsinə toxunmuş, multikulturalizm və vətəndaşlıq, bu istiqamətdə ümumi dəyərlərin şərhi barədə və digər mövzularda çıxış etmişlər.

Daha sonra Rusiya Elmlər Akademiyası Sibir şöbəsi Fəlsəfə və Hüquq İnstitutunun elmi işlər üzrə direktor müavini Yuri Popkov, İordaniya Yarmuk Universitetinin dosenti Həni Həyəcni, “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası (AZİZ) İdarə heyətinin üzvü Ariye Qut, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, İtaliya Peruca Universiteti beynəlxalq münasibətlər tarixi kafedrasının dosenti Lorensa Mediçi multikulturalizm, insan hüquqları, miqrasiya prosesləri, beynəlxalq münasibətlər və digər mövzularda çıxış etmişlər.

“Dəyirmi masa”da yekun nitqi ilə çıxış edən Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən bu tədbirin önəmli çıxışlar və müzakirələrlə yadda qaldığını demişdir. M.Şvıdkoy multikulturizmlə bağlı müxtəlif modellərin olduğunu və bu modellərin onun inkişafına yönəldilməsinin vacibliyini də diqqətə çatdırmışdır.

Sonda Forumun yekun Bəyannaməsi qəbul edilmişdir.

“Multikulturalizm və özgünlük: cəmiyyətdə dəyər konsensusu axtarışında” mövzusunda “dəyirmi masa” maraqlı məsələlərin müzakirəsi ilə yadda qalmışdır VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yerdə güclü maqnit qasırğası baş verib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq silah paketi ayırıb

Azərbaycan Rabat Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir

Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Livanda qeyd edilib

Vaşinqtonda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Ulu Öndər Heydər Əliyevin andan olmasının 101-ci ildönümü Parisdə qeyd edilib

CAR-da binanın çökməsi nəticəsində ölənlərin sayı 14-ə çatıb

Lorin Malmödə müvəqqəti butik açır

Latın Amerikası rekord temperatur və təbii fəlakətlərdən əziyyət çəkir

Qız voleybolçuların muxtar respublika birinciliyində qalib bəlli olub

İmtahanda ən yüksək nəticəni Laçın rayonundan olan şagird göstərib

Rumıniyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Qahirə Hüseynova: insanlarda Ulu Öndərin onları çətinliklərdən xilas edəcəyinə inam vardı

Latviyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə dəyirmi masa keçirilib

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “FEST101” festivalı keçirilib

Prezident İlham Əliyev Laçında kiçik su elektrik stansiyalarının açılışlarında iştirak edib YENİLƏNİB

Rustavidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Prezident İlham Əliyev Laçın rayonunun Sus kəndinə köçmüş sakinlərlə görüşüb YENİLƏNİB

Azərbaycan Basketbol Liqası: "Sabah" "Xırdalan"a qalib gələrək finala yüksəlib

Xətai rayonunda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konsert keçirilib

İraqda Ulu Öndərin xatirəsi anılıb

Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş  YENİLƏNİB-2 VİDEO

Gürcüstanın azərbaycandilli məktəblərində “Ulu Öndərin Ömür Yolu” adlı inşa müsabiqəsi keçirilib

YAP-ın təşkilatçılığı ilə “Heydər Əliyev irsi: milli maraqlarla bəşəri dəyərlərin vəhdəti” mövzusunda tədbir keçirilib

Ümummilli Liderin anadan olmasının ildönümü ilə əlaqədar Serbiyada tədbir təşkil edilib

Londonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

COP29-un prezidenti Pakistanda COMSATS-in baş qərargahında olub

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlim keçiriləcək

Pakistanın Baş naziri COP29-a dəvət olunub VİDEO

Premyer Liqa: "Neftçi" doğma meydanda "Kəpəz"i darmadağın edib

Prezident İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub YENİLƏNİB

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə SOCAR-da tədbir keçirilib

Prezident İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub YENİLƏNİB

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanışlıq  YENİLƏNİB

UNESCO-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib VİDEO

Şuşada “Şirin su” hamamının bərpadan sonra açılışı olub YENİLƏNİB

Ordu quruculuğu sahəsində Ulu Öndərin siyasi xəttini hazırda Prezident İlham Əliyev uğurla davam etdirir

Azərbaycanda “Yaşıl gələcək naminə” adlı yaşıllaşdırma aksiyasına start verilib

Naxçıvanda əlilliyi müəyyən olunmuş 12 şəxsə avtomobil təqdim edilib

Gənc prokurorluq əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət edib

AZƏRTAC-ın kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla anıb VİDEO

Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar Nyu-Yorkda şahmat turniri keçirilib

Din xadimləri Ulu Öndərin xatirəsini yad ediblər

Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın işıqlı sabahının təməlini qoyub

Türk Dövlətləri Təşkilatında təcrübə proqramı həyata keçirilir

DTX-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbir keçirilib

Azərbaycan Ulu Öndər Heydər Əliyevin arzuladığı ucalığa yüksəlib

Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 128 min şəxsə 344 min xidmət göstərilib

MEK-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilən dəyirmi masa

Vitali Jakot: Heydər Əliyev Azərbaycan-Moldova münasibətlərinin banisi və memarıdır

Minskdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Uruqvay mətbuatı Azərbaycan xalqının Ümummilli Liderindən yazıb

ADU-da “Azərbaycan-Çin” kitabı təqdim edilib

Respublika Elmi-Texniki Kitabxanasında Ulu Öndər Heydər Əliyevə həsr olunan tədbir keçirilib

MBBİ-nin magistraturasının məzunu Oksford Universitetində dissertasiya müdafiə edib

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin qalib layihələrinin müəllifləri ilə görüş olub

AQTA rəhbərliyi Ulu Öndərin xatirəsini anıb

Mariya Stadnik uduzsa da, lisenziya şansını saxlayıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Batumidə də qeyd edilib

Ağdam Sənaye Parkında görülən işlərlə tanışlıq

Sosial-İqtisadi Kollecdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

Ümummilli Liderin doğum günündə Naxçıvanda aztəminatlı ailələrə sovqatlar təqdim olunub

Naxçıvanda istehlakçılara 1,3 milyon manat ƏDV geri qaytarılıb

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar YENİLƏNİB

Bıçaqla xəsarət yetirilən Bərdə sakininin vəziyyəti ağır-stabildir

Kür çayının daşması Qazaxda bir sıra fəsadlar yaradıb

Metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Tərtərlilər Ümummilli Lider Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad ediblər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Şamaxıda da qeyd edilib

Rusiya Dövlət Duması hökumət sədri postuna Mixail Mişustinin namizədliyini təsdiqləyib

Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü ilə bağlı “Sehrli Ordubad” fotosərgisi açılıb

NAYORA Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib

İkinci yeri tutan gimnast: Bakı çempionatı mənim üçün yaxşı təcrübə oldu

Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNİB

ASAN könüllüləri Ümummilli Lider Heydər Əliyevin xatirəsini anıblar

“AzerGold” və törəmə şirkətlərinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Astarada yeni inşa olunan körpü istifadəyə verilib VİDEO

Medianın İnkişafı Agentliyində Ulu Öndərin anadan olmasının 101 illiyi ilə əlaqədar tədbir keçirilib, Ümummilli Liderin məzarı ziyarət edilib

Naxçıvanda “Heydər Əliyev və Naxçıvan” mövzusunda konfrans keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

İqtisadiyyat Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib

ADY rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

® “PAŞA Holding”in törəmə şirkətlərindən olan “Agro Dairy”nin növbəti kənd təsərrüfatı təlimləri keçirilib

Qırğızıstanda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir təşkil edilib

Budapeştdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb VİDEO

Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində ölənlərin sayı 3-ə çatıb

Daşkənddə Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd edilib VİDEO

BŞTİ-nin sektor müdiri: Müsahibədə uğur qazana bilməyən şəxs apellyasiyaya müraciət edə bilər

Kubalı deputat: Kuba-Azərbaycan əlaqələrinin təməli Heydər Əliyev tərəfindən qoyulub

İmişli sakinləri Ümummilli Liderin xatirəsini ehtiramla anıblar

Yekaterinburqda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir

BDU boş olan və seçki müddəti başa çatacaq vəzifələri tutmaq üçün müsabiqə elan edir

Pan-Afrika İqlim Ədaləti Alyansı Azərbaycanın qlobal iqlim fəaliyyəti sahəsində liderliyini yüksək qiymətləndirib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Şəkidə vətəndaşlarla görüşəcək

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Polşada qeyd edilib