REGİONLAR
“Mütaliə həftəsi” sakinlər tərəfindən maraqla qarşılanıb
Bərdə, 6 iyul, AZƏRTAC
Bərdə şəhərindəki Heydər Əliyev adına park-bulvarda “Mütaliə həftəsi” keçirilib.
AZƏRTAC xəbər verir ki, Bərdə rayon mərkəzi kitabxanasının təşkilatçılığı ilə keçirilən kitab sərgisində müxtəlif sahələri əhatə edən nəşrlər nümayiş etdirilib.
Mərkəzi kitabxananın şöbə müdiri Almaz Zülfüqarova bildirib ki, “Mütaliə həftəsi”nin təşkil edilməsində məqsəd insanların kitaba marağını artırmaq, onları qiraət etməyə həvəsləndirməkdir. Bu cür tədbirlər mərkəzləşdirilmiş kitabxana sisteminin kitabxana filialları tərəfindən mütəmadi olaraq keçiriləcəkdir.
Açıq havada təşkil olunan kitabxana xidməti sakinlər tərəfindən maraqla qarşılanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [15:58]
Çinin Şaansi vilayətinin nümayəndə heyəti Sumqayıtda səfərdə olub
- 10.05.2024 [13:05]