CƏMİYYƏT


Mütəxəssislər insan qanından elektrik enerjisi alıblar

A+ A

Bakı, 10 avqust, AZƏRTAC

Bir qrup mütəxəssis insan qanından elektrik enerjisi almağa nail olduğunu bəyan edib.

AZƏRTAC healthvesti.com saytına istinadla bildirir ki, laboratoriya müşahidələrinin təşəbbüskarları İsveçdəki Malmö Universitetinin və Rusiya Federasiyasındakı Kurçatov İnstitutunun klinik mərkəzlərinin əməkdaşları olub.

Ekspertlər qan axınından elektrik cərəyanı almağa imkan verən unikal yanacaq elementini sınaqdan keçiriblər. Qeyd etmək lazımdır ki, yanacaq komponentinin tərkibinə boruşəkilli iki qrafit elektrod daxildir. Bu elektrodların hər biri insan qanının axması nəticəsində baş verən kimyəvi reaksiyada iştirak edir. Yeni təcrübə bir nəfər könüllünün köməyi ilə reallaşdırılıb. Respondentin dirsək venasına içərisində yanacaq elementi olan kateter daxil edilib. Sonra həkimlər bu unikal komponentə e-ink displey qoşublar.

Cərəyanın gərginliyi və gücü mütəxəssisləri hələ o qədər də qane etmir, lakin tədqiqatçılar bu göstəriciləri artırmaq məqsədilə yaxın gələcəkdə əlavə sınaqlar keçirilməsini planlaşdırırlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.