REGİONLAR


Muxtar respublikada tələbələrin kütləvi tibbi-profilaktik müayinəsi davam etdirilir

A+ A

Naxçıvan, 21 noyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublika əhalisinin sağlamlığının qorunması, xəstəliklərin vaxtında aşkar olunması, profilaktikası və dispanserizasiya işinin yaxşılaşdırılması üçün ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin kütləvi tibbi müayinəsi davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin xüsusi tədbirlər planı hazırlanıb, Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası LOR üzrə həkiminin rəhbərliyi ilə müxtəlif səhiyyə müəssisələrinin ftiziatr, rentgenoloq, terapevt, nevropatoloq, stomatoloq, dermatoveneroloq, oftalmoloqlarından ibarət həkim komissiyası yaradılıb.

Yeni dərs ilində profilaktik tibbi yoxlamalara oktyabr ayından start verilib. 570 tələbə müayinədən keçirilib, 37 miopiya, 7 dişdaşı, 15 burun-qulaq-boğaz, dəri-zöhrəvi xəstəliyi aşkar edilib və həmin tələbələrin müalicəsi üçün tibbi göstəriş verilib.

Naxçıvan Dövlət Universitetində təşkil olunan dördüncü aksiyada isə 240 tələbə tibbi müayinələrdən keçib. Narahatlıq doğuran ciddi xəstəlik halları müşahidə edilməyib.

Qeyd edək ki, profilaktik tibbi yoxlamalar ötən dərs ilində də uğurla aparılıb. Aksiya zamanı 2220 tələbə tibbi müayinələrə cəlb olunub, dispanserizasiya tədbirləri həyata keçirilib.

Növbəti kütləvi mərhələdə isə profilaktik tibbi yoxlamalar çərçivəsində tələbələr Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserində flüoroqrafik müayinədən keçəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.