MƏDƏNİYYƏT


Muzeydə multikultural dəyərlərə həsr edilən tədbir keçiriləcək

A+ A

Bakı, 15 noyabr, AZƏRTAC

Noyabrın 22-də Abdulla Şaiqin mənzil-muzeyində Azərbaycan ədəbiyyatı və incəsənətində multikultural dəyərlərə həsr edilən “Həpimiz bir günəşin zərrəsiyiz” adlı tədbir keçiriləcək.

Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirin keçirilməsində məqsəd Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Azərbaycanda gənclər arasında multikultural dəyərləri təbliğ etməkdir.

Tədbirdə şair, tərcüməçi, şərqşünas alim Nəriman Qasımoğlu, Abdulla Şaiqin mənzil-muzeyinin böyük elmi işçisi Arzu Hacıyeva, muzey əməkdaşı Sevda Mahmudova və digər iştirakçıların “Azərbaycanın tolerant şairi Abdulla Şaiq”, “Azərbaycan bəstəkarlarının yaradıcılığı və multikulturalizm”, “Azərbaycan muğamının multikultural dünyada yeri və inkişafı”, “Multikulturalizm teatrın mahiyyət daşıyıcılarından biri kimi” və başqa mövzularda məruzələr dinləniləcək.

Tədbirdə Nizami rayonu Uşaq və gənclər yaradıcılıq mərkəzinin “Gənc aktyorlar” dərnəyi üzvlərinin ifasında böyük maarifpərvər yazıçı A.Şaiqin multikultural dəyərləri əks etdirən əsərlərindən ibarət kompozisiya nümayiş olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.