MƏDƏNİYYƏT
NİZAMİ GƏNCƏVİNİN MƏQBƏRƏSİ GÖRKƏMİNİ DƏYİŞƏCƏKDİR
Nizami Gəncəvinin məqbərə-kompleksi dahi şairin məzarını ziyarət etməyə gələnlər üçün müvəqqəti bağlanmışdır. 22,4 metr hündürlükdə olan məqbərədə təmir-bərpa işlərinə başlanmışdır.
Gəncə şəhər mədəniyyət idarəsindən müxbirimizə demişlər ki, son vaxtlar məqbərədə yaranmış çatlar tezliklə aradan qaldırılacaq, onun ətrafında abadlıq işləri aparılacaqdır. Bu işi təcrübəli mütəxəssislər görəcəklər. Respublika Mədəniyyət Nazirliyi və yerli hakimiyyət orqanı bu məqsədlə tələb olunan qədər vəsait ayırmışlar.
Məqbərə-kompleksdə son dəfə təmir-bərpa işləri 1991-ci ildə - şairin anadan olmasının 850 illik yubileyi ərəfəsində görülmüşdü.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [16:39]
“Dantenin yubileyi” növbəti dəfə səhnədə
- 04.05.2024 [13:21]
Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO
- 04.05.2024 [13:07]
Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub
- 04.05.2024 [11:22]