CƏMİYYƏT
Naftalan şəhərində milli təhlükəsizlik orqanlarının yaradılmasının 96-cı ildönümü qeyd olunub
Bakı, 28 mart, AZƏRTAC
Martın 28-də Naftalan şəhərində milli təhlükəsizlik orqanlarının yaradılmasının 96-cı ildönümü qeyd edilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub.
İcra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin çoxşaxəli fəaliyyəti ilə bağlı foto və sənədlərlə tanış olublar.
Heydər Əliyev Mərkəzində davam etdirilən tədbirdə şəhər icra hakimiyyəti başçısının müavini Arzu Məmmədov Ulu Öndərin ölkəmizin milli təhlükəsizlik orqanlarının inkişafındakı xidmətlərindən, milli kadrların yetişdirilməsindən, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Milli Təhlükəsizlik Nazirliyinə diqqət və qayğısından danışıb.
Sonra Milli Təhlükəsizlik Nazirliyinin Naftalan şəhər şöbəsinin rəisi Anar İspəndiyarov təhlükəsizlik orqanlarının tarixi barədə məlumat verib.
Tədbirdə ölkənin müstəqilliyi əleyhinə yönəlmiş qəsdlərin qarşısının alınmasında milli təhlükəsizlik orqanlarının daim yüksək sayıqlıq və peşəkarlıq göstərdiyi bildirilib.