DÜNYA


“Nanmadol” tufanı yapon arxipelaqına yaxınlaşır

Tokio, 2 iyul, AZƏRTAC 

Yaponiyanın Okinava prefekturası yaxınlığında əmələ gələn “Nanmadol” tufanı şimal-şərq istiqamətində hərəkət edərək yapon arxipelaqına yaxınlaşır. Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Hazırda tufanın mərkəzində təzyiq 1002 qektapaskal təşkil edir, küləyin sürəti isə saniyədə 18-25 metrə çatır.

Sinoptiklərin proqnozlarına görə, tufanın iyulun 3-də səhər Okinava prefekturasına, iki gün sonra isə Hönşü adasına çatacağı gözlənilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.