İQTİSADİYYAT
“Nar” yeni "Smartfonun qiyməti AZ, bonusu AZN" kampaniyasına başlayıb
Bakı, 14 fevral, AZƏRTAC
“Nar” və “World Telecom” (WT) mağazalar şəbəkəsi yeni kampaniyaya başlayıb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, mart ayının sonunadək WT mağazalarından Huawei Ascend G526 və ya Ascend Y220 smartfonu alan hər kəsə “Nar”dan pulsuz nömrə, 6 ay ərzində hər ay bonus olaraq balans və internet paketi təqdim olunur.
Kampaniya çərçivəsində “World Telecom” dükanlarında Huawei Ascend G526 və ya Ascend Y220 smartfonunu ilkin ödənişsiz, nağd qiymətə və 12 ay ərzində hissə-hissə ödəməklə almaq mümkündür.
Sərfəli şərtlərlə yeni smartfon almaq istəyənlər kampaniya barədə ətraflı məlumatı nar.az səhifəsindən əldə edə bilərlər.