REGİONLAR
Naxçıvan Dövlət Kukla Teatrı balaca tamaşaçılarını yeni əsərlərlə sevindirəcək
Naxçıvan, 2 noyabr, AZƏRTAC
Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında “Kitabi-Dədə Qorqud” dastanından “Dirsə xan oğlu Buğac” boyu tamaşaya qoyulacaq.
AZƏRTAC xəbər verir ki, kollektiv 28-ci mövsümü Nağı İsmayılzadənin “Ağca və Bozca” tamaşası ilə açıb. Uşaqlar tərəfindən maraqla qarşılanan növbəti tamaşa isə Zaur Vedilinin Azərbaycan xalq nağılından bəhrələnərək yazdığı “Şahzadə Bəndalı” tamaşası olub.
Teatrda bir sıra tamaşaların məşqləri də davam etməkdədir. Eynəli bəy Sultanovun 150 illik yubileyi münasibətilə Ağaxan Salmanlının “Niyyət açarı” əsəri və yazıçı-publisist Səbuhi Hüseynovun əsərləri əsasında səhnələşdirilən “Seymurun sirli dünyası” tamaşası da bu yaxınlarda təhvil veriləcək.