Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Naxçıvan Dövlət Universitetinin Xəstəxanası və Baytarlıq təbabəti ixtisası üçün yeni bina istifadəyə verilib

Naxçıvan, 21 may, AZƏRTAC

Ölkəmizdə yüksək ixtisaslı kadrların hazırlanmasında mühüm xidmətləri olan Naxçıvan Dövlət Universitetində müasir tədris imkanları yaradılıb. Son illər universitet şəhərciyində aparılan yenidənqurma işləri, tikilən müasir binalar və yaradılan elektron tədris sistemi təhsilin səviyyəsini xeyli yüksəldib. Bu işlərin davamı olaraq universitet xəstəxanası və baytarlıq təbabəti ixtisası üçün yeni binalar inşa olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mayın 21-də Naxçıvan Dövlət Universiteti Xəstəxanasının yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.

Tədbirdə universitetin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Saleh Məhərrəmov çıxış edərək deyib ki, son illər universitet şəhərciyində ən müasir texnoloji avadanlıqlarla təmin olunmuş yeni tədris korpusları, elektron kitabxana, idman kompleksi istifadəyə verilib, yeni ixtisaslar açılıbdır. Həyata keçirilən tədbirlər ali təhsil ocağında təhsilin səviyyəsini yüksəldib. Xəstəxana və Baytarlıq ixtisası üçün müasir binaların istifadəyə verilməsi də göstərilən qayğının davamıdır. Saleh Məhərrəmov yaradılan müasir tədris şəraitinə görə universitetin kollektivi adından minnətdarlıq edib, tədrisin səviyyəsini daha da yüksəldəcəklərini bildirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müəllim və tələbələri Tibb fakültəsinin yeni xəstəxana binasının istifadəyə verilməsi münasibətilə təbrik edərək deyib: Ölkəmizdə gənclərin təhsil alması üçün lazım olan bütün şərait yaradılır. Naxçıvan Dövlət Universitetində də müasir tədris şəraiti yaradılmış, lazımi avadanlıqlarla təchiz olunmuş tədris korpusları tikilib istifadəyə verilmişdir. Həmçinin universitetlərarası təcrübə mübadiləsi də həyata keçirilir, burada təhsil alan gənclərin qabaqcıl təcrübəyə yiyələnmələri təmin edilir. Bütün bunlar ölkəmizin gələcəyi üçündür.

Hər bir həkim insan sağlamlığının qorunmasına cavabdehdir. Buna görə də tələbələrin bu peşəni yaxşı mənimsəməsi üçün lazımi tədbirlər görülür. Bu gün istifadəyə verilən xəstəxana binası da bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsidir. Naxçıvanın blokada şəraitində olması nəzərə alınaraq tibbi kadrlara olan tələbatı ödəmək üçün 1999-cu ildə Naxçıvan Dövlət Universitetində Tibb fakültəsi yaradıldı. O dövrdə bir ixtisasla fəaliyyətə başlayan fakültə ötən dövr ərzində inkişaf edərək bu gün 4 kafedrada 5 ixtisas üzrə həkim hazırlığını həyata keçirir. Bu günədək fakültənin nəzdində 1 ixtisas üzrə xəstəxana fəaliyyət göstərirdisə, bu gün 5 ixtisası əhatə edən xəstəxana şəraiti yaradılıb. Həmçinin Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bütün xəstəxanalarda tələbələrin təcrübə keçməsi üçün lazımi şərait yaradılıb, auditoriyalar qurulubdur. Bütün bunlar bilikli və təcrübəli gənclərin yetişdirilməsində əhəmiyyətli rol oynayacaqdır.

Ali Məclisin Sədri deyib: Bu gün muxtar respublikada həkim hazırlığı işi pilləli təhsil sistemi üzrə həyata keçirilir. Kiçik tibb işçilərinin hazırlanması üçün Naxçıvan Tibb Kolleci fəaliyyət göstərir. Naxçıvan Dövlət Universitetində isə həm bakalavr, həm də rezidentura təhsili üzrə həkimlərin hazırlanması həyata keçirilir. Xəstəxana binasında yaradılan şərait gənclərin ilkin tibbi vərdişlərə yiyələnməsinə xidmət edəcəkdir. Bu sahədə təhsil alanların tam ixtisaslaşması üçün isə muxtar respublikanın xəstəxanalarında yaradılan imkanlardan səmərəli istifadə edilməlidir.

Bu gün bu sahədə yaradılan şərait ölkəmizin gələcəyi və muxtar respublika əhalisinin sağlamlığının qorunması üçündür. Əgər hər hansı bir ölkənin insanları sağlamdırsa, onun iqtisadiyyatı da davamlı inkişaf edəcək, ailələri də sağlam təməllər üzərində qurulacaqdır. Buna görə də ölkəmizdə bu sahənin inkişafına xüsusi diqqət və qayğı göstərilir. Bu isə insan amilinə göstərilən qayğı deməkdir. Buna görə də bu sahədə kadr hazırlığına xüsusi diqqət ayrılmalıdır ki, yaxşı həkim peşəsinə yiyələnən gənclər yetişsin, insanlara nümunəvi tibbi xidmət göstərilsin.

Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunacağına, tələbələrin ilkin peşə vərdişlərinə yiyələnəcəklərinə, universitetin 6 minə yaxın tələbə-müəllim heyətinə nümunəvi tibbi xidmət göstərəcəklərinə əminliyini bildirib, kollektivi bir daha yeni xəstəxana binasının istifadəyə verilməsi münasibətilə təbrik edib, onlara tədrisdə və gələcək işlərində uğurlar arzulayıbdır.

Ali Məclisin Sədri açılışı bildirən lenti kəsib və yaradılan şəraitlə tanış olubdur.

Məlumat verilib ki, hazırda universitetin Tibb fakültəsində pediatriya, tibbi profilaktika, müalicə işi, stomatologiya və əczaçılıq ixtisasları üzrə 326 tələbə təhsil alır. Xəstəxanada tələbələrin seçdikləri ixtisaslar üzrə hərtərəfli bilik və təcrübə qazanması üçün lazımi şərait yaradılıb. 3 mərtəbədən ibarət olan binanın birinci mərtəbəsində cərrahiyyə bloku və klinika bölməsi fəaliyyət göstərir. Burada 2 palatadan ibarət reanimasiya şöbəsi, rentgen kabinəsi, kliniki laboratoriya, aptek və həkim otağı vardır. Stasionar bölmə üçün ayrılan ikinci mərtəbədə həkim və tibb bacıları üçün iş otaqları, ultrasəslə müayinə və EKQ kabinələri, pediatriya palatası, oftalmoloji kabinə, 2 palata, sarğı otağı, auditoriya və bufet yerləşir.

Binanın üçüncü mərtəbəsində isə stomatoloji kabinə, sterilizasiya otağı, fizioterapiya kabinəsi, 2 stomatoloji və 2 əczaçılıq laboratoriyası, terapevt otağı və auditoriyalar vardır. Mərtəbələrin hər birində müasir iş və tədris şəraiti yaradılıb, otaq və kabinələr ən yeni tibbi avadanlıqlar və inventarlarla təchiz edilib, lift quraşdırılıbdır.

Xəstəxanada professor-müəllim heyəti üçün yaxşı iş şəraiti, tələbələr üçün isə yüksək bilik və bacarıqlara yiyələnmək imkanı mövcuddur. Burada çalışan həkim və tibb işçiləri peşəkar tibbi kadrların hazırlanması işinə öz töhfələrini verməklə yanaşı, həm də insanların sağlamlığının qayğısına qalacaqlar. Müasir xəstəxana binası tələbələrin nəzəri və praktik biliklərinin təkmilləşdirməsində müstəsna əhəmiyyətə malikdir. Tələbələr laborator məşğələlərdə, diaqnostika, müayinə və müalicə əməliyyatlarında iştirak etməklə tibbi biliklərini daha da möhkəmləndirəcəklər.

Xəstəxana ilə tanışlıqdan sonra kollektivlə görüşən Ali Məclisin Sədri deyib ki, həkim-müəllimlərin qarşısında insan sağlamlığının qorunması ilə yanaşı, gələcəyin kadrlarının yetişdirilməsi kimi mühüm vəzifələr dayanır. Bunun üçün Naxçıvan Dövlət Universitetində müasir tədris şəraiti yaradılıb, tələbələrin ilkin tibbi biliklər üzrə təcrübə əldə etməsi üçün müasir xəstəxana binası istifadəyə verilibdir. Bu gün Naxçıvan Dövlət Universitetinin dünyanın 100-ə yaxın universiteti ilə əlaqələri mövcuddur, tələbə-müəllim mübadiləsi həyata keçirilir. Hazırda tibb fakültəsində təhsil alan 326 tələbədən 54-ü xarici ölkə vətəndaşıdır. Bu da onu göstərir ki, artıq universitetin bu sahədə də beynəlxalq səviyyədə nüfuzu vardır. Universitetin xəstəxana binasında həm yüksək tədris imkanı yaradılıb, həm də insanların sağlamlığının qayğısına qalmaq üçün müasir avadanlıqlar quraşdırılıbdır. Yeni avadanlıqlar müasir səhiyyənin əsasını təşkil edir. Buna görə də bu avadanlıqlar yaxşı öyrənilməli, onlardan səmərəli istifadə olunmalıdır. Müasir tibbi yeniliklərlə yanaşı, bioloji təbabətin təməl tibb fənlərinin bir hissəsi kimi öyrədilməsinə də diqqət yetirilməli, gənclərə muxtar respublikada mövcud olan dərman bitkilərinin tərkibi və müalicə əhəmiyyəti aşılanmalıdır.

Naxçıvan Muxtar Respublikasının Əməkdar Həkimi, müəllim Malikəjdər İbrahimov yaradılan şəraitə görə kollektiv adından minnətdarlıq edib.

Xəstəxana binasına fiber-optik kabel çəkilib, girişdə məlumat monitorları və nəzarət-müşahidə kameraları quraşdırılıbdır.

Baytarlıq təbabəti ixtisası yeni binada tədris olunacaq

Mayın 21-də Naxçıvan Dövlət Universitetində Baytarlıq təbabəti ixtisasının yeni binasının da açılışı olub.

Açılış tədbirində universitetin tələbəsi Nazəni Rüstəmli çıxış edərək deyib ki, böyük inkişaf yolu keçən Naxçıvan Dövlət Universiteti bu gün Avropa standartlarına uyğun, dünya miqyasında tanınan müasir təhsil ocağına çevrilib. Yeni xəstəxana və baytarlıq təbabəti ixtisası binalarının istifadəyə verilməsi bu sahələr üzrə təhsil alan tələbələrin yüksək elmi biliklərə və zəngin təcrübəyə yiyələnməsinə şərait yaradacaq, gələcəyin mütəxəssisi kimi formalaşmasında əhəmiyyətli rol oynayacaqdır. Nazəni Rüstəmli yaradılanlardan səmərəli istifadə edəcəklərinə, təhsildə və ictimai işlərdə fəal olmaqla göstərilən etimadı doğruldacaqlarına söz verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbir iştirakçılarını Baytarlıq təbabəti ixtisası üçün yeni tədris binasının istifadəyə verilməsi münasibətilə təbrik edərək deyib: 2005-ci ildə Naxçıvan Dövlət Universitetində Baytarlıq ixtisası açılmış və ötən müddət ərzində uğurla fəaliyyət göstərmişdir. Əgər insanların sağlamlıqlarının qorunmasına xidmət edən tədbirlər görülürsə, bu sahədə müasir infrastruktur yaradılırsa və ixtisaslı kadr hazırlığı təmin olunursa, buna ilk əvvəl baytarlıq təbabətindən başlanılmalıdır. Bu sahənin insan həyatı üçün əhəmiyyətini nəzərə alaraq Baytarlıq ixtisası Baytarlıq təbabəti ixtisası adlandırılıb.

Ali Məclisin Sədri qeyd edib ki, bu sahəyə göstərilən diqqət nəticəsində Baytarlıq təbabəti ixtisasının tədrisi lazımi avadanlıqlarla təchiz olunmuş binada həyata keçiriləcəkdir. Eyni zamanda Naxçıvan Texniki Kollecində də Baytarlıq ixtisası üzrə kadr hazırlığı yerinə yetirilir. Bu gün muxtar respublikada 107 min başa yaxın iribuynuzlu, 650 min başa yaxın xırdabuynuzlu, 1 milyon başdan yuxarı quş, 69 minə yaxın arı ailəsi vardır. Buna görə də onların sağlamlığının qorunmasına xidmət edən ixtisaslı kadrlara da tələbat böyükdür. Muxtar respublikada bu sahədə kadr hazırlığı Naxçıvan Dövlət Universitetində və Naxçıvan Texniki Kollecində həyata keçirilir. Peşəkar kadrların yetişməsi üçün isə müasir tədris metodları tətbiq olunmalıdır. Bunun üçün hər iki təhsil müəssisəsində lazımi şərait yaradılıb. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində də praktiki dərslərin keçirilməsi üçün siniflər yaradılıb, lazımi tədris avadanlıqları quraşdırılıbdır. Bu işdə Dövlət Baytarlıq Xidmətinin kollektivinin üzərinə də mühüm vəzifələr düşür. Xidmətin mütəxəssisləri dərslərə cəlb olunmalı, tələbələrin praktiki vərdişlərə yiyələnməsində yaxından iştirak etməlidirlər. Bu gün ölkəmizdə insan sağlamlığına xüsusi diqqət yetirilir. Əhalinin sağlamlığının qorunması üçün lazımi tədbirlər həyata keçirilir, bu sahədə dövlət proqramları qəbul olunur. İnsan sağlamlığının qorunması isə sağlam qidadan asılıdır. Keyfiyyətli və sağlam ərzaq olmadan insan sağlamlığını qorumaq mümkün deyil. Buna görə də baytarlıq təbabəti üzrə təhsil alan tələbələrin üzərinə böyük məsuliyyət düşür. Gənclər bu sahəni dərindən öyrənməli, insanları keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin etməlidirlər.

Ali Məclisin Sədri dövlətimizin bu sahəyə verdiyi önəmin nəticəsi olaraq yaradılan şəraitdən düzgün istifadə olunacağına və bu sahədə yaxşı mütəxəssislər hazırlanacağına əminliyini bildirib, kollektivi bir daha təbrik edib, gələcək tədrisdə və fəaliyyətlərində uğurlar arzulayıbdır.

Ali Məclisin Sədri açılışı bildirən lenti kəsib və binada yaradılan şəraitlə maraqlanıb.

Məlumat verilib ki, 3 mərtəbədən ibarət olan binanın birinci mərtəbəsində baytarlıq klinikası, diaqnostika və terapiya laboratoriyası, vivarium və süni mayalanma laboratoriyası, aptek və iş otaqları yerləşir. Mikrobiologiya və virusologiya, fiziologiya və biokimya, parazitologiya, ekspertiza və qida gigiyenası, arıçılıq problemləri, farmakologiya və toksikologiya laboratoriyaları, sterilizasiya otağı binanın ikinci mərtəbəsindədir. Üçüncü mərtəbədə isə anatomiya muzeyi, sitologiya, histologiya, embriologiya, yemləmə, yetişdirmə və genetika kabinələri vardır. Burada, həmçinin auditoriyalar, iş otaqları, kompyuter sinfi, elektron lövhəli siniflər və 75 yerlik iclas zalı da istifadəyə verilib.

Bildirilib ki, universitetdə baytarlıq ixtisası 2005-ci ildə yaradılıb, 2007-ci ildən Baytarlıq kafedrası kimi fəaliyyətə başlayıb. Hazırda bu sahədə universitetin geniş əlaqələri mövcuddur. Türkiyə və İran İslam Respublikalarının bir sıra universitetləri ilə tədris mübadiləsi aparılır. Binada yaradılan müasir şərait tələbələrin daha dərin biliklərə yiyələnməsinə və kliniki təcrübələrinin möhkəmləndirilməsinə, eləcə də kənd təsərrüfatının və baytarlıq xidmətinin inkişafına geniş imkanlar açır.

Baytarlıq təbabəti ixtisası üçün müasir tədris şəraitinin yaradılması muxtar respublikada ərzaq təhlükəsizliyi tədbirlərinin də gücləndirilməsinə stimul verir. Buradakı ekspertiza və qida gigiyenası laboratoriyasında kənd təsərrüfatı məhsullarının tərkibi və keyfiyyət dərəcəsi öyrəniləcək, bu sahə üzrə peşəkar mütəxəssislər hazırlanacaqdır. Laboratoriyalarda qabaqcıl texnoloji avadanlıqlar quraşdırılıb, baytarlıq apteki bütün növ lazımi dərman preparatları ilə təchiz edilibdir.

Baytarlıq klinikası iki otaqdan ibarətdir. Burada iri və xırdabuynuzlu heyvanlar üzərində cərrahi əməliyyatlar aparmaq mümkündür. Anatomiya muzeyində heyvan skeletlərinin nümunələri qoyulub, onların öyrənilməsi üçün lazımi şərait yaradılıbdır. Muzeydə açıq dərslərin keçirilməsi üçün anatomiya kabinəsi də vardır.

Heyvandarlığın inkişafında süni mayalanma mühüm yer tutur. Muxtar respublikada bu məsələ diqqət mərkəzində saxlanılır, mal-qaranın cins tərkibi yaxşılaşdırılır. Binada yaradılan mamalıq və süni mayalanma laboratoriyası bu sahədə daha geniş elmi araşdırmalar aparmağa və ixtisaslı kadrların yetişdirilməsinə mühüm töhfə verəcəkdir.

Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı sahəsində də mühüm tədbirlər görülür. Universitetin Baytarlıq təbabəti kafedrasında arıçılığın ayrıca fənn kimi tədris olunması da bu məqsədə xidmət edir. Binada arıçılıq problemləri laboratoriyasının fəaliyyətə başlaması isə bu sahədə peşəkar mütəxəssislərin yetişdirilməsində əsas baza rolunu oynayacaqdır. Laboratoriyada arıçılıq sahəsinə aid əyani tədris vasitələri, mikroskop, balsüzən aparat, xəstəliklərin öyrənilməsi və dərman preparatlarının hazırlanması üçün bir sıra avadanlıqlar quraşdırılıb.

Kompyuter otağında 20 kompyuter quraşdırılıb və internetə qoşulubdur. Bu da onlayn dərslərin və elektron imtahanların keçirilməsinə imkan verəcəkdir. Geniş iclas zalında da müasir avadanlıqlar quraşdırılıb. Burada videokonfransların və distant dərslərin keçirilməsi mümkündür.

Bina ilə tanışlıqdan sonra kollektivlə görüşən Ali Məclisin Sədri deyib: Universitetdə Baytarlıq təbabəti ixtisasının tədrisi üçün bütün imkanlar yaradılmış, sinif və auditoriyalar müasir avadanlıqlar və əyani tədris vasitələri ilə təmin olunmuşdur. Bütün bunlar muxtar respublikada dövlətin bu sahəyə göstərdiyi qayğının ifadəsidir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin tərkibində elmi müəssisə və laboratoriya fəaliyyət göstərir. Burada formalaşdırılan müasir tədris bazası gənc mütəxəssislərin hazırlanmasına əlverişli şərait yaradacaqdır. Muxtar respublikada bu ixtisası bitirən məzunlar üçün işlə təminat imkanları genişdir. Son illər aparılan tikinti-quruculuq işləri zamanı bütün yaşayış məntəqələrində baytarlıq xidmətinin fəaliyyəti üçün də ayrıca iş yerləri yaradılmışdır. Ona görə ki, insanların sağlamlığının qorunması vacib məsələdir. Bu gün universitetdə istifadəyə verilən həm xəstəxana, həm də Baytarlıq ixtisası üçün bina birbaşa insanların sağlamlığına xidmət edən sahələri əhatə edir.

Naxçıvan Dövlət Universitetinin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Saleh Məhərrəmov göstərilən etimadı doğruldacaqlarına, tədrisi günün tələbləri səviyyəsində təşkil edəcəklərinə söz verib.

Binanın həyətində abadlaşdırma tədbirləri görülüb, ətrafda gülzarlıqlar salınıb.

Naxçıvan Dövlət Universitetində daşdan düzəldilmiş

heykəllərə baxış olub

Həmin gün Ali Məclisin Sədri Naxçıvan Dövlət Universitetində daşdan düzəldilmiş heykəllərə baxıb.

Məlumat verilib ki, bu il mayın 11-də və 12-də Naxçıvan Dövlət Universitetində “Naxçıvan və Şərqi Anadolu abidələri” mövzusunda Beynəlxalq Simpozium keçirilib. 5 ölkədən 56 alimin iştirakı ilə keçirilən Simpoziumda Naxçıvan Dövlət Universiteti ərazisində Türkiyənin Ağrı İbrahim Çeçen, Ankara Qazi, Ərzurum Atatürk və Naxçıvan Dövlət Universitetlərinin əməkdaşlarının birgə səyi ilə yaradılmış daşdan düzəldilmiş heykəllər nümayiş etdirilib.

Naxçıvana aid olan yerli travertin daşından hazırlanmış heykəllərdə iki ölkənin milli dəyərləri əks olunub. Onlar arasında iki dost və qardaş ölkənin birliyini əks etdirən heykəl xüsusilə diqqəti cəlb edir. Ağrı İbrahim Çeçen Universitetinin müəllimi Bilal Hano tərəfindən hazırlanmış “Heydər Əliyev - Atatürk” abidəsinin bir üzündə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, digər üzündə isə türk xalqının böyük öndəri Mustafa Kamal Atatürkün Azərbaycan-Türkiyə birliyini ifadə edən dəyərli fikirləri həkk olunub. Ağrı Universitetinin müəllimi Naci Edinin “Azərbaycan bayrağı”, həmçinin onun Ozan Baycan ilə birgə hazırladığı “Azərbaycanın yüksəlişi”, Ankara Qazi Universitetinin müəllimi Tulay Özkulun “Sütun və ay”, Ərzurum Atatürk Universitetinin müəllimi Volkan Doğanın “Buğa” əsərləri yüksək sənətkarlıq nümunələridir.

Ali Məclisin Sədri heykəltəraşlıq nümunələrini yüksək qiymətləndirib və onların Naxçıvan şəhərinin müvafiq yerlərində nümayiş etdirilməsi ilə bağlı tapşırıqlar verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ermənistan müxalifəti baş nazir postuna namizədini müəyyənləşdirməyib

“PAŞA Holding” şirkətlərinin dayanıqlılıq strategiyası üzərində iş aparılır

BMT-nin vətəndaş cəmiyyəti üzrə 69-cu konfransı keçirilir

Tələbə gənclər Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini silsilə tədbirlərlə anıblar

Toğrul Əsgərov: Azərbaycan dünya idman tarixinə öz imzasını atmağı bacarıb

Ümummilli Lider Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti

Cənubi Sudandan olan 1,3 milyon qaçqın geri qayıdıb

Kursantlar Ulu Öndərin ölməzliyini tərənnüm etdirən fləşmob hazırlayıblar VİDEO

Yelkənçilərin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş parad təşkil olunub

“AzerGold”un yeni qızıl sikkəsi Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunub

Niderland şirkəti Azərbaycan startapını alıb

Netanyahu Baydenlə fikir ayrılığının aradan qalxacağına ümid edir

Çin Macarıstanda dəmir yolu layihələrinə sərmayə qoyacaq

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Astarada tibbi aksiya təşkil edib

Naxçıvanda Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə yürüş təşkil olub

Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib VİDEO

BMT: COP29-la bağlı Azərbaycana dəstək vermək və əlimizdən gələni əsirgəməmək öhdəliyimizdir

DİA-da “İqlim dəyişikliyinə uyğunlaşma üzrə” təlimlərə başlanılıb

Qurban Yetirmişli: Cəbrayılda seysmik stansiyanın quraşdırılması üçün sənədləşdirmə işləri aparılır

Komitə sədri: Ailədə şiddətin qarşısını almaq üçün maarifləndirmə də lazımdır VİDEO

Azərbaycan Premyer Liqası: Mərkəzi oyun FIFA referisinə tapşırılıb

Nazir müavini: Azərbaycan COP29-a yalnız ev sahibliyi etməyəcək, eyni zamanda, danışıqlara da rəhbərlik edəcək

“Türk dünyasında qəhrəmanlıq əsərlərinin tədqiqi və təşviqi” layihəsinin icrasına başlanılıb

Tahir Budaqov: YAP parlament seçkilərinə hazırlıqla bağlı lazım olan bütün tədbirləri həyata keçirməkdədir VİDEO

Mayın 11-12-də geomaqnit qasırğası gözlənilir

Azərbaycanın qadın güləşçiləri lisenziya turnirində mübarizəyə başlayırlar

YAP-ın nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Mərakeş sahillərində 38 miqrant xilas edilib

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar

BDU-nun tələbə və məzunu İsveçin dövlət təqaüdünə layiq görülüb

Delakruanın məşhur rəsm əsəri yenidən Luvr muzeyində sərgilənir

Dörd yüzdən çox namizəd dövlət qulluğu üzrə imtahan verəcək

Yaz ətirli poeziya

Milli Kitabxanada “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti – Heydər Əliyev” adlı ənənəvi kitab sərgisi açılıb

Azərbaycan neftinin qiyməti cüzi artıb

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 107 nəfərə çatıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin II cəhdində iştirak etmək üçün qeydiyyat başlanır

Azərbaycan Basketbol Liqası: Son çempion finala çıxa bilər

® “Dayanıqlı Tikinti Zirvəsi”nin gündəliyi yayımlandı

Xalqımız Ulu Öndər Heydər Əliyevin parlaq xatirəsini böyük ehtiramla anır

Premyer Liqa: Tura tarixi derbi ilə start veriləcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər VİDEO

Polis əməkdaşları 82 kiloqrama yaxın narkotik vasitə aşkarlayıb

DİN: Ötən gün ölkə ərazisində 87 cinayətin üstü açılıb

Paytaxtda bəzi ərazilərdə qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar paylaşım edib

Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb

Qobustanda narkotiklərlə əlaqəli iki nəfər saxlanılıb

Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

Baş nazir: Gürcüstan 2030-cu ilə qədər Avropa İttifaqına üzv olacaq

Azərbaycanın mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik ünvanlayıb

Azərbaycanın qazandığı bütün uğurların memarı Ulu Öndər Heydər Əliyevdir ŞƏRH

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda klassik musiqi konserti təşkil edilib

Səudiyyə Ərəbistanının vəliəhdi Yaponiyaya səfər edəcək

Netanyahu: HƏMAS-ın 24 batalyonundan 20-si məhv edilib

Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir

Azərbaycan-Bolqarıstan əlaqələri qarşılıqlı maraqlar əsasında uğurla inkişaf edir ŞƏRH

Professor Bilgiç: Heydər Əliyevin Türkiyə təbabətinə inamı mənim qürur mənbəyimdir

ADA və Bolonya universitetlərinin birgə proqramı bağçılıq sahəsində multidisiplinar yanaşmanı ehtiva edir

İsveçdə Ulu Öndərin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib

Ulu Öndərin uzaqgörən siyasəti sivil birgəyaşayış qanunlarını həyatımıza gətirdi

Manuela Traldi: ADA və Bolonya universitetlərinin birgə proqramı kənd təsərrüfatında yeni yanaşmanı əhatə edir

Sorğu: Fransızların Avropa İttifaqına etibarı azalır

Vyanada alman nasizmi üzərində Qələbənin 79-cu ildönümü qeyd edilib

Respublikaçılar Baydeni İsrailə dəstəklə bağlı vədini pozmaqda günahlandırıblar

İqor Korotçenko: Sülh müqaviləsi Azərbaycan Prezidentinin irəli sürdüyü şərtlərlə bağlanacaq

Pentaqon ABŞ-ın İsrailə hava bombası tədarükünü dayandırdığını təsdiqləyib

Konfrans Liqasında ikinci finalçı müəyyənləşib

Avropa Liqasında finalçılar məlum olub

Dövlət Departamenti ABŞ-ın Ukraynaya yeni silah tədarükünü açıqlayıb

Yevlaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Moskvadakı sərgidə faşizm üzərində Qələbədə Azərbaycanın roluna həsr olunmuş tədbirlər keçirilib

İsveçrədə İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlıların xatirəsi anılıb

"Paris-2024"ə lisenziya əldə edən Azərbaycan güləşçisi: Qələbə qazanmaq heç də asan olmadı

Neftçalada yol qəzası olub, xəsarət alanlar var

Azərbaycan güləşçisi: Uğurumu “Paris-2024”də davam etdirmək istəyirəm

Ankarada “Heydər Əliyev və Türk dünyası” adlı anım proqramı təşkil olunub

“Scandinavian Airlines” aviaşirkətinin təyyarəsi Bakıya təcili eniş edib

Azərbaycanın üç güləşçisi “Paris-2024”ə lisenziya əldə edib YENİLƏNİB-2

Fransa dənizaşırı departamenti Mayotda vəba xəstəliyi yayılıb

Azərbaycanın kişi boksçuları lisenziya turnirinə Tailandda hazırlaşacaqlar

Babək rayonunda fərdi yaşayış evində yanğın baş verib

Olimpiadaya vəsiqə qazanan Azərbaycan güləşçisi: “Paris-2024”dəki hədəfim qızıl medaldır

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib

Yasamalda yol qəzası olub, “Qələbə” dairəsi istiqamətində sıxlıq yaranıb

Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar inzibati məsuliyyətə cəlb olunub

Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət daha 90 gün uzadılıb

Naxçıvan şəhərində yaşayış evlərinə qrunt suları yığılıb

Göyçə mahalındakı Ağbulaq kənd məktəbinin 100 illik yubileyi qeyd olunub

Naxçıvanda Heydər Əliyev adına tam orta məktəbin fəaliyyətə başlamasının 20 illiyi qeyd edilib

İkinci Dünya müharibəsində Belçikada həlak olmuş həmvətənlərimizin xatirəsi yad edilib

Ombudsman Cenevrədə milli qiymətləndirmə sənədilə əlaqədar müzakirələr aparıb

Bolqarıstan və Rumıniya mediası Rumen Radevin Azərbaycana səfərini diqqət mərkəzində saxlayıblar

Qaxda Ulu Öndərin xatirəsinə həsr edilən şahmat turnirinin qalibləri müəyyənləşib

İcma sədri: Fransa səfirinin dediklərinə erməni təəssübkeşliyi kontekstində baxmaq lazımdır

“Anadolu Ankası – 2024” təlimi: şərti düşmənin avtomobil kolonu pusquya salınıb VİDEO

Narva Estoniya Dövlət Gimnaziyasında Azərbaycan mədəniyyətini tanıdan dərslər təşkil edilib

Həzi Aslanov, Mehdi Hüseynzadə, Rixard Zorge və Qafur Məmmədovun abidələri ziyarət olunub VİDEO

“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin 101-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib