REGİONLAR
Naxçıvanda keçirilən qəbul imtahanlarında 1097 abituriyent biliyini sınayıb
Naxçıvan, 15 iyul, AZƏRTAC
İyulun 15-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2016-2017-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.
AZƏRTAC xəbər verir ki, muxtar respublikada Naxçıvan şəhər 7 və 14 nömrəli tam orta məktəblərdə keçirilən imtahanlarda 1097 abituriyent iştirak edib. İmtahana 106 nəzarətçi-müəllim, 8 imtahan rəhbəri cəlb olunub. Abituriyentlərin biliklərini nümayiş etdirmələri üçün bütün imtahan aparılan yerlərdə normal şərait yaradılıb.
Qəbul imtahanları zamanı heç bir qayda pozuntusuna yol verilməyib.