Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvanın möcüzəli Duzdağı əsl şəfa mənbəyidir

Naxçıvan, 9 sentyabr (AZƏRTAC, Rauf Əliyev). Naxçıvan Muxtar Respublikasının Duzdağ Fizioterapiya Mərkəzində pulsuz müalicə alan Gürcüstanın Acarıstan Muxtar Respublikasından olan uşaqlar vətənlərinə yola salınıblar.

Acarıstandan gələn qrupun tərkibində 28 nəfər olub. Onlardan 23-ü müalicə üçün gəlmişdi. Digər 5 nəfər isə Acarıstan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşları və valideynlər idilər.

Qonaqların muxtar respublikaya səfərlərinin sonuncu günündə Duzdağ Fizioterapiya Mərkəzində acarıstanlı uşaqlarla görüşüb söhbət etdik. Müalicələrinin nəticələri ilə maraqlandıq, onların qədim diyarımız barədə təəssüratlarını öyrəndik.

İlk həmsöhbətimiz 10 yaşlı Aleksandr Bajunaişvilidir. Yaşının az olmasına baxmayaraq, fikirlərini aydın ifadə edən Aleksandr Duzdağ Fizioterapiya Mərkəzində aldığı müalicənin müsbət nəticələrindən və qədim Naxçıvanın onu heyran etməsindən xeyli danışdı. O dedi ki, mən üç il bundan əvvəl təngnəfəsliyə səbəb olan bronxial astma xəstəliyinə tutulmuşam. Həkimlər və valideynlərim deyirlər ki, bizim yaşadığımız Batuminin rütubətli havası mənim xəstəliyimə pis təsir edir. Ancaq Naxçıvana çatan andan tamamilə başqa əhval-ruhiyyədəyəm. Xəstəliyimi demək olar ki, tamamilə unutmuşam. Bu cənnət məkanın quru və təmiz havası çox xoşuma gəlir.

“Duzdağ Fizioterapiya Mərkəzindəki nəhəng tunelə gələndə isə daha da rahatlaşırdım”, - deyən Aleksandr onu da əlavə etdi ki, Acarıstanda xəstəliyimin sağalması üçün çox dərman qəbul edirdim, ancaq xeyri olmurdu. Duzdağda isə elə bil gözəgörünməz bir qüvvə mənə hər gün daha çox şəfa verirdi. İndi özümü tam sağlam hiss edirəm. Ona görə də çox sevinirəm.

Aleksandrın anası Keti Xajaliya söhbətə qoşularaq dedi: “Uşaqlarımızın çarəsiz xəstəliyə düçar olduğunu düşünən biz valideynlər buradakı yüksək səviyyəli müalicəyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova nə qədər minnətdarlıq etsək, yenə azdır. Bu gözəl diyara gəldiyimiz ilk gündən çox böyük diqqət, nümunəvi Naxçıvan qonaqpərvərliyi ilə əhatə olunmuşuq.

Duzdağ Fizioterapiya Mərkəzində də bizə hər cür diqqət və qayğı göstərirlər. Həkimlər mütəmadi olaraq uşaqların vəziyyəti ilə maraqlanırlar. Müalicənin gedişini xüsusi diqqətdə saxlayırlar. Hər bir istəyimiz dərhal yerinə yetirilir. Baş həkim Ruslan Süleymanovun hər bir uşaqla yaxından ünsiyyət qurması, onları sağalacaqlarına inandırması müalicənin əla nəticələnəcəyindən xəbər verir.

Budur, mənim oğlum artıq sağalıb. Əvvəllər çoxsaylı dərmanlardan istifadə edirdiksə, indi heç bir dərmana ehtiyac duymuruq. Buna görə bizimlə maraqlanan hər kəsə minnətdarlıq edirəm”.

Müalicəsi uğurla başa çatan uşaqların hər birinin çöhrəsində sevinc var idi. Onların arasından 8 yaşlı qızcığaz - Tamta Dzirkvadze bizə yaxınlaşaraq, balacalara xas olan əda ilə kəlməni-kəlməyə calayaraq dostlarının adından minnətdarlıq edərək dedi: “Burada əla müalicə olunmuşuq. Mən də, dostlarım da özümüzü sağlam hiss edirik. Anama söz vermişəm ki, buradan qayıdandan sonra xəstələnməyim. Bundan sonra artıq digər sağlam həmyaşıdlarım kimi hər gün məktəbə gedəcəyəm, dərslərimi yaxşı oxuyacağam. Bir də buradan uzaqda olsam da, mənim sağalmağıma kömək edənlərə hər gün dua edəcəyəm...”

Söhbətə qoşulan 11 yaşlı Tema Şavidze balaca Tamtanın dediklərinə əlavələr etmək istədiyini bildirdi: “Əslində, Tamta da, mən də, digər uşaqlar da onu demək istəyirik ki, biz Naxçıvanda təkcə müalicə olunmadıq, həm də gəzintiyə çıxdıq, çox gözəl tarixi yerlərlə, təbiət mənzərələri ilə tanış olduq. Mən və digər uşaqlar Naxçıvandakı muzeyləri ziyarət edərkən çox şey öyrəndik. Bizə ətraflı məlumat verildi. Mən tarixə maraq göstərdiyim üçün bu məlumatlara sonsuz maraqla qulaq asırdım”.

Temanın anası Keti İmnadze övladının sözünə qüvvət verərək dedi ki, biz hər dəfə hansısa muzeyi ziyarət edəndə, tarixi abidəyə baxanda, Naxçıvanın tarixinə dair məlumatları dinləyəndə heyrətə gəlirdik. Sizin torpağınızın çox qədim və maraqlı tarixi var və bunları öyrənən hər kəs daha çox məlumat almaq ehtiyacı hiss edir”.

Xanım Keti İmnadze onu da bildirdi ki, ziyarət etdiyimiz Möminə Xatın türbəsi, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Xan Sarayı, Nuh Peyğəmbərin məqbərəsi, xüsusən Əshabi-Kəhf ziyarətgahı həm uşaqları, həm də bizi heyran etdi. Bizim hamımızın ümumi rəyi belədir ki, Naxçıvan sirli-sehrli, möcüzəli bir yerdir. Mən gördüklərimə əsaslanıb deyə bilərəm ki, Naxçıvan açıq səma altında muzeydir. Onun hər daşının altında min illərin tarixi yatır. Təkcə bizim üçün deyil, bəşəriyyət üçün digər başqa bir möcüzə isə Duzdağdır. Bura istər uşaqlar, istərsə də böyüklər üçün təbii şəfa mənbəyidir. Mən çox sevinirəm ki, övladım məhz burada şəfa tapdı.

Liza İmnadze artıq 3 ildir ki, ardıcıl olaraq Naxçıvana gəlir, Duzdağ Fizioterapiya Mərkəzində müalicə olunur. Onun dediyinə görə, xəstəliyi çox ağırlaşdığı üçün əziyyət çəkirdi. Ancaq Duzdağda müalicə edildikdən sonra sağlamlığına qovuşub. Lizanın tam sağlamlığına qovuşması üçün həkimlər bir neçə müalicə seansının qəbul edilməsini tövsiyə ediblər. Artıq nəticə əldə edilib.

Liza deyir ki, mən elə bilirdim sağalmayacağam. Ancaq Duzdağda müalicədən sonra möcüzənin şahidi oldum, sağlamlığıma qovuşdum. Bizim bu gözəl diyara gəlməyimizə, burada müalicəmizin təşkil olunmasına köməyini əsirgəməyənlərə minnətdarlığımı bildirirəm.

Onun sözlərinə görə, hər il Naxçıvana gələndə burada çox yeniliklərlə qarşılaşır, bu qədim diyarın daha da gözəlləşdiyini görür. Burada yeni binalar inşa edilir, yollar salınır, abadlıq-quruculuq işləri vüsət alır.

Bu məqamda İrema İmnadze söhbətə qoşularaq təkcə qızı Lizanın deyil, buraya gələn valideynlərin və Acarıstan nümayəndələrinin də muxtar respublikada görülən işlərə heyran qaldıqlarını bildirərək dedi: “Bu gün Naxçıvan çox böyük sürətlə inkişaf edir. Mən qızımla bərabər 3 ildir ardıcıl olaraq, buraya gəlirəm. Lizanın dediyi kimi, hər il çox böyük, genişmiqyaslı müsbət dəyişikliklərin şahidi oluram. İnfrastruktur yüksək səviyyədə qurulub. Buna görə də hesab edirəm ki, Naxçıvanda turizmin inkişafı üçün hər cür şərait var.

Bu şəhərdə binalar, otellər müasir tələblər səviyyəsindədir. Buna qonaqpərvərliyi də əlavə etsək, onda Naxçıvana gələn hər bir xarici ölkə vətəndaşının burada özünü doğma vətənindəki kimi rahat hiss etdiyini deyə bilərəm”.

Xanım İrema İmnadze onu da əlavə etdi ki, dünyanın bir sıra ölkələrindən astma xəstələrinin üz tutduqları Duzdağ Fizioterapiya Mərkəzində xəstələr üçün yaradılan şərait və onların müalicəsinə göstərilən diqqət çox yüksək səviyyədədir. Naxçıvan Muxtar Respublikasının rəhbəri burada belə bir möhtəşəm müalicə mərkəzini yaratmaqla, əslində, insanlığa böyük töhfə verib.

Acarıstan Muxtar Respublikası Səhiyyə Nazirliyinin baş mütəxəssisi, qrupun rəhbəri Marika Xalvaşi deyilən fikirlərə tam şərik olduğunu bildirdi. Qeyd etdi ki, hazırda Naxçıvan Muxtar Respublikası ilə Acarıstan Muxtar Respublikası arasında dostluq və əməkdaşlıq sürətlə inkişaf edir. Bu tədbir də əməkdaşlığın bir nümunəsidir.

“Biz bir daha şahidi oluruq ki, astma xəstəliyindən əziyyət çəkən uşaqlar Naxçıvanda müalicə aldıqdan sonra səhhətləri yaxşılaşır, dərman preparatlarından asılı vəziyyətə düşən bəzi uşaqlar artıq bu asılılıqdan xilas olurlar”, - deyən Marika Xalvaşi Acarıstan ilə Naxçıvan arasındakı mehriban əlaqələrin gələcəkdə də bu kimi humanitar aksiyaların davam etdirilməsinə şərait yaradacağına əmin olduğunu bildirdi.

Rauf Əliyev

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı

bürosunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qız voleybolçuların muxtar respublika birinciliyində qalib bəlli olub

İmtahanda ən yüksək nəticəni Laçın rayonundan olan şagird göstərib

Rumıniyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Qahirə Hüseynova: insanlarda Ulu Öndərin onları çətinliklərdən xilas edəcəyinə inam vardı

Latviyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə dəyirmi masa keçirilib

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “FEST101” festivalı keçirilib

Prezident İlham Əliyev Laçında kiçik su elektrik stansiyalarının açılışlarında iştirak edib YENİLƏNİB

Rustavidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Prezident İlham Əliyev Laçın rayonunun Sus kəndinə köçmüş sakinlərlə görüşüb YENİLƏNİB

Azərbaycan Basketbol Liqası: "Sabah" "Xırdalan"a qalib gələrək finala yüksəlib

Xətai rayonunda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konsert keçirilib

İraqda Ulu Öndərin xatirəsi anılıb

Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş  YENİLƏNİB-2 VİDEO

Gürcüstanın azərbaycandilli məktəblərində “Ulu Öndərin Ömür Yolu” adlı inşa müsabiqəsi keçirilib

YAP-ın təşkilatçılığı ilə “Heydər Əliyev irsi: milli maraqlarla bəşəri dəyərlərin vəhdəti” mövzusunda tədbir keçirilib

Ümummilli Liderin anadan olmasının ildönümü ilə əlaqədar Serbiyada tədbir təşkil edilib

Londonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

COP29-un prezidenti Pakistanda COMSATS-in baş qərargahında olub

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlim keçiriləcək

Pakistanın Baş naziri COP29-a dəvət olunub VİDEO

Premyer Liqa: "Neftçi" doğma meydanda "Kəpəz"i darmadağın edib

Prezident İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub YENİLƏNİB

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə SOCAR-da tədbir keçirilib

Prezident İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub YENİLƏNİB

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanışlıq  YENİLƏNİB

UNESCO-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib VİDEO

Şuşada “Şirin su” hamamının bərpadan sonra açılışı olub YENİLƏNİB

Ordu quruculuğu sahəsində Ulu Öndərin siyasi xəttini hazırda Prezident İlham Əliyev uğurla davam etdirir

Azərbaycanda “Yaşıl gələcək naminə” adlı yaşıllaşdırma aksiyasına start verilib

Naxçıvanda əlilliyi müəyyən olunmuş 12 şəxsə avtomobil təqdim edilib

Gənc prokurorluq əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət edib

AZƏRTAC-ın kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla anıb VİDEO

Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar Nyu-Yorkda şahmat turniri keçirilib

Din xadimləri Ulu Öndərin xatirəsini yad ediblər

Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın işıqlı sabahının təməlini qoyub

Türk Dövlətləri Təşkilatında təcrübə proqramı həyata keçirilir

DTX-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbir keçirilib

Azərbaycan Ulu Öndər Heydər Əliyevin arzuladığı ucalığa yüksəlib

Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 128 min şəxsə 344 min xidmət göstərilib

MEK-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilən dəyirmi masa

Vitali Jakot: Heydər Əliyev Azərbaycan-Moldova münasibətlərinin banisi və memarıdır

Minskdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Uruqvay mətbuatı Azərbaycan xalqının Ümummilli Liderindən yazıb

ADU-da “Azərbaycan-Çin” kitabı təqdim edilib

Respublika Elmi-Texniki Kitabxanasında Ulu Öndər Heydər Əliyevə həsr olunan tədbir keçirilib

MBBİ-nin magistraturasının məzunu Oksford Universitetində dissertasiya müdafiə edib

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin qalib layihələrinin müəllifləri ilə görüş olub

AQTA rəhbərliyi Ulu Öndərin xatirəsini anıb

Mariya Stadnik uduzsa da, lisenziya şansını saxlayıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Batumidə də qeyd edilib

Ağdam Sənaye Parkında görülən işlərlə tanışlıq

Sosial-İqtisadi Kollecdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

Ümummilli Liderin doğum günündə Naxçıvanda aztəminatlı ailələrə sovqatlar təqdim olunub

Naxçıvanda istehlakçılara 1,3 milyon manat ƏDV geri qaytarılıb

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar YENİLƏNİB

Bıçaqla xəsarət yetirilən Bərdə sakininin vəziyyəti ağır-stabildir

Kür çayının daşması Qazaxda bir sıra fəsadlar yaradıb

Metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Tərtərlilər Ümummilli Lider Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad ediblər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Şamaxıda da qeyd edilib

Rusiya Dövlət Duması hökumət sədri postuna Mixail Mişustinin namizədliyini təsdiqləyib

Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü ilə bağlı “Sehrli Ordubad” fotosərgisi açılıb

NAYORA Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib

İkinci yeri tutan gimnast: Bakı çempionatı mənim üçün yaxşı təcrübə oldu

Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNİB

ASAN könüllüləri Ümummilli Lider Heydər Əliyevin xatirəsini anıblar

“AzerGold” və törəmə şirkətlərinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Astarada yeni inşa olunan körpü istifadəyə verilib VİDEO

Medianın İnkişafı Agentliyində Ulu Öndərin anadan olmasının 101 illiyi ilə əlaqədar tədbir keçirilib, Ümummilli Liderin məzarı ziyarət edilib

Naxçıvanda “Heydər Əliyev və Naxçıvan” mövzusunda konfrans keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

İqtisadiyyat Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib

ADY rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

® “PAŞA Holding”in törəmə şirkətlərindən olan “Agro Dairy”nin növbəti kənd təsərrüfatı təlimləri keçirilib

Qırğızıstanda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir təşkil edilib

Budapeştdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb VİDEO

Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində ölənlərin sayı 3-ə çatıb

Daşkənddə Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd edilib VİDEO

BŞTİ-nin sektor müdiri: Müsahibədə uğur qazana bilməyən şəxs apellyasiyaya müraciət edə bilər

Kubalı deputat: Kuba-Azərbaycan əlaqələrinin təməli Heydər Əliyev tərəfindən qoyulub

İmişli sakinləri Ümummilli Liderin xatirəsini ehtiramla anıblar

Yekaterinburqda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir

BDU boş olan və seçki müddəti başa çatacaq vəzifələri tutmaq üçün müsabiqə elan edir

Pan-Afrika İqlim Ədaləti Alyansı Azərbaycanın qlobal iqlim fəaliyyəti sahəsində liderliyini yüksək qiymətləndirib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Şəkidə vətəndaşlarla görüşəcək

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Polşada qeyd edilib

® “AccessBank” Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib

Birinci sinfə qəbulda tədrisi digər dillərdə aparılan bölmələr üzrə təkrar müsahibədə kimlər iştirak edə bilər?

Prezident İlham Əliyev: Ulu Öndərin fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq

Azərbaycan gimnastı: Yarışda ən böyük rəqibim özüm idim

Prezident İlham Əliyev: Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik

Prezidentdən xəbərdarlıq: Ermənistana verilən silahların kritik həddə çatmasını görsək, heç kim bizdən inciməsin

Prezident: Qazaxın işğal edilmiş torpaqlarının qaytarılması, delimitasiya, demarkasiyanın şərtlərimiz əsasında aparılması növbəti zəfərimizdir VİDEO

Botanika İnstitutunda konfrans: Dünyamızı yaşıllaşdıraq

Azərbaycan Prezidenti: Qafqazda aparıcı dövlət bizik və bizimlə hər kəs hesablaşmalıdır VİDEO

Ümummilli Liderin 101 illiyi Həştərxanda qeyd edilib

İdmanda böyük inkişaf Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır