CƏMİYYƏT
Neftçala inkişaf edir, böyüyür, gözəlləşir
AZƏRTAC xəbər verir ki, rayonun Heydər Əliyev prospekti müasir üslubda yenidən qurulub, prospektin mərkəzində saat qülləsi tikilib. İki hektar ərazidə rayon icra hakimiyyəti, 6,2 hektar ərazidə isə Ulu Öndərin adını daşıyan mərkəz üçün yeni inzibati binalar tikilib və dövlət başçısının iştirakı ilə istifadəyə verilib.
Fəvvarə kompleksləri və yaşıllıq zolaqları yeni tikililərin orijinallığını daha da artırır.
Heydər Əliyev prospekti və şəhərə giriş yolları genişləndirilib, 20–dən çox yaşayış binasının dam örtüyü, fasad hissəsi dəyişdirilib.
Kür çayının sahilində 2,7 hektar ərazidə Bayraq meydanı inşa edilib. Çayın sağ sahilində Heydər Əliyev prospektinə bitişik ərazidə 2 hektar ərazidə bulvar kompleksi salınıb.
Kür çayının sağ və sol sahillərini birləşdirən körpünün tikintisi isə bulvar kompleksində insanların istirahəti üçün yeni imkanlar yaradacaq.