İQTİSADİYYAT


Neftin qiyməti son 7 ilin ən böyük rüblük bahalaşmasını göstərib

A+ A

Bakı, 2 iyul, Nihad Budaqov, AZƏRTAC

Neftin qiyməti 2009-ci ildən bu vaxtadək ən böyük rüblük bahalaşmasını göstərib. Siyasətçilərin “Brexit”in mənfi təsirlərini aradan qaldırmaq üçün hərəkətə keçəcəkləri istiqamətindəki fərziyyələri “qara qızıl”ın qiymətini yenidən yüksəldib.

AZƏRTAC xəbər verir ki, neft müqavilələri iyunun 30-da bitən üç aylıq dövrdə 26 faiz artıb. Qlobal bazarlarda isə gözlənilməz nəticə ilə yekunlaşan iyunun 23-dəki “Brexit” referendumundan ötən dövrdə müəyyən qarışıqlıq yaşanır. ABŞ-da neft təklifinin ard-arda altıncı həftədir ki azalıb və istehsal 2014-cü ilin sentyabrından indiyədək ən aşağı səviyyəyə geriləyib. Ötən rübdə Kanadadakı meşə yanğınlarının nəzarətdə saxlanılmasından sonra bu ölkə əvvəlki istehsal səviyyəsinə geri qayıdıb, Nigeriyada isə quldurlarla qarşıdurmalar atəşkəs razılaşması ilə yekunlaşıb. Nəticədə isə qlobal neft təklifindəki pozulmalar və ABŞ-ın istehsalındakı azalma ilin əvvəlindən bu vaxtadək “qara qızıl”ın qiymətinin 75 faizədək artmasına təsir göstərib.

Bundan başqa, Beynəlxalq Enerji Agentliyi və OPEC neft bazarında tələb-təklif tarazlığının bərpa olunacağı istiqamətində müsbət proqnozlar verirlər.

Hazırda “Layt” markalı neftin bir barreli Nyu-Yorkun NYMEX birjasında 49 dollardan, “Brent” nefti isə Londonun İCE birjasında 50 dollardan baha satılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.