Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Nəqliyyat Nazirliyində “Bakı Taksi Xidməti” adlı yeni qurum yaradılır

Nəqliyyat Nazirliyində “Bakı Taksi Xidməti” adlı yeni qurum yaradılır

Bakı, 1 may, Gülnar Bəşirova, AZƏRTAC

Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənovun AZƏRTAC-a müsahibəsi:

- “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı nəqliyyat sahəsində görülən işlər hazırda hansı mərhələdədir?

-Biz I Avropa Oyunlarına hələ 2013-cü ildə Nəqliyyat Nazirliyinin tərtib etdiyi tədbirlər planına uyğun olaraq hazırlaşırıq. Artıq neçə müddətdir ki, gücləndirilmiş iş rejimində fəaliyyət göstəririk. Çünki ölkəmizdə keçiriləcək bu tədbir çox böyük beynəlxalq yarışdır  və Oyunların keçirilməsi  zamanı  Nəqliyyat Nazirliyinin üzərinə böyük iş düşəcək. Avropa Oyunları zamanı həm avtobuslar, həm də taksilər xidmət  göstərəcək. İctimai nəqliyyat səhər saat 5-dən  gecə saat 1-ə kimi işləyəcək, 20 saatlıq iş rejimində çalışacağıq.  Eyni zamanda həm ekspress avtobuslar da bu rejimdə fəaliyyət göstərəcək. Yarışlar zamanı ictimai nəqliyyatdan istifadə daha çox aktuallıq kəsb edəcək. Çünki yarış obyektlərində və onları əhatə edən yollarda “Parkinq yoxdur” qaydası tətbiq olunacaq. Tamaşaçılara müəyyən olunmuş qovşaqlardan yarış obyektlərinə çatmaq üçün ictimai nəqliyyatdan istifadə etmələri tövsiyə olunur. “Parkinq yoxdur” rejimi tətbiq olunduğu üçün fərdi minik avtomobillərini saxlamaq üçün yerlər olmayacaq. Eyni zamanda yarış günü biletləri yoxlanılmaqla tamaşaçılar öz avtomobillərini “Park et və get” dayanacaqlarına da həvalə edəcəklər. Belə ki, yarışa gedərkən vətəndaş öz avtonəqliyyat vasitəsini müəyyənləşdirilmiş dayanacaqda saxlayacaq və oradan pul ödəmədən  ekspress avtobusa minib yarış meydançasına gedə biləcək. O cümlədən, ekspress avtobuslarla da qayıdılacaq. Ekspress avtobuslar metro stansiyalarının yaxınlığında yerləşdiriləcək. Bu avtobuslar təxminən 9 metro stansiyasının- Xalqlar Dostluğu, Qara Qarayev, Koroğlu, Gənclik, 28 May, Nizami, Elmlər Akademiyası, 20 Yanvar, Azadlıq prospekti  yaxınlığında yerləşdiriləcək. Artıq Oyunlarla bağlı zolaqların çəkilməsinə də başlanılıb. 3,75 metr enində olan bir hissə məhz I Avropa Oyunlarına xidmət edəcək avtonəqliyyat vasitələri üçün nəzərdə tutulub. Fərdi minik avtomobillərinin o zolağa çıxması qadağandır. Bu cür hallar baş verərsə, cərimələr tətbiq olunacaq.

- Bakıda avtobus marşrutlarının I Avropa Oyunları zamanı hərəkət xətləri müəyyənləşdirilibmi? 

-Yaxın günlərdə ictimai nəqliyyat vasitələrinin hərəkət sxemi dəyişdiriləcək. Xüsusilə də, Oyunlarla bağlı gediş-gəlişin intensiv olacağı Heydər Əliyev və Ziya Bünyadov prospektlərində bu dəyişiklik tətbiq olunacaq.  Həmin yollarla hərəkət edən ictimai nəqliyyatın marşrutu dəyişdiriləcək. Alternativ yollar barədə də ictimaiyyətə əlavə məlumat veriləcək. Məhz I Avropa Oyunları ilə bağlı ictimai nəqliyyatın qrafikində ediləcək dəyişikliklərlə bağlı  konkret qrafik var. Həmin qrafiklər barədə də vətəndaşlara məlumat veriləcək. Çünki müəyyən yollarda məhdudiyyətlər olacaq, müəyyən yollar isə bağlanacaq. Bununla bağlı vaxtaşırı məlumat verilməlidir ki, vətəndaşlar xəbərdar olsunlar. Həm Nəqliyyat Nazirliyi, həm Bakı Avropa Oyunları Əməliyyat Komitəsi, həm Baş Dövlət Yol Polisi İdarəsi,  həm də Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ətraflı məlumat verəcək.

-Konkret olaraq hansı avtobusların hərəkət sxemi dəyişdiriləcək?

- İndidən məlumat versək bir qədər çaşqınlıq yarana bilər. O qovşaqdan keçən kifayət qədər avtobus var. Həmin avtobusların nömrələri dəqiqləşdirilməli, ünvanlar müəyyənləşdirilməlidir. Onu deyə bilərəm ki, Koroğlu metro stansiyasına gələn avtobuslar Qara Qarayev metro stansiyası tərəfə yönəldiləcək. Ümumiyyətlə, istər şəhərdən, istərsə də Bakı kəndlərindən, qəsəbələrindən Koroğlu metro stansiyası tərəfə gələn avtobusların hamısı Qara Qarayev metrosuna doğru istiqamətlənəcək.

-Taksi dayanacaqlarının təşkili və pasportlaşdırılması ilə bağlı işlər nə yerdədir?

-Biz artıq  bir neçə ildir ki, taksi dayanacaqlarının təşkili ilə məşğuluq. Bu təkcə I Avropa Oyunları ilə bağlı deyil. Oyunlardan öncə də bu məsələ dəqiqləşdirilirdi. Bu dayanacaqlar xüsusilə də qanuni fəaliyyət göstərən taksilər- London taksiləri üçün nəzərdə tutulur. Onlar üçün müxtəlif yerlərdə taksi meydançaları təşkil olunacaq. İnsanlar yavaş-yavaş keyfiyyətli taksi xidmətinə öyrəşəcəklər. “Bakı Taksi Xidməti” adlı yeni qurum yaradırıq. Həmin qurum yeni gətirilən  500 ədəd London taksisi ilə fəaliyyətə başlayacaq.  Digər bir özəl şirkət olan “Bakı Taksi” MMC də London taksilərinə rəqib kimi orada təmsil olunmaq istəyir. Güman edirik ki, “Bakı-2015” I Avropa Oyunlarından sonra həmin o qurum fəaliyyətə başlayanda bu yeniliyi sərnişinlər də hiss edəcəklər.

- I Avropa Oyunları ilə əlaqədar sürücülər vahid geyim formasına nə vaxtdan keçəcək?  

-I Avropa Oyunları ərəfəsində müvafiq qurumlarla birlikdə 2000-dən çox sürücü hazırlamışıq. Onlardan 1200-dən çoxu taksi, 850-yə yaxını isə avtobus sürücüsüdür. Onlar təlimlər keçiblər, xüsusi olaraq hazırlanıblar. Eyni zamanda bu işlərlə paralel olaraq geyim forması da hazırlanıb və artıq təsdiqlənib. Həmin geyimlərin bu ay təqdimatı olacaq. Oyunlar vaxtı avtobus sürücüləri o geyimlərdən istifadə edəcəklər.

- Yarışlar bitdikdən sonra sürücülərin vahid geyim formasından istifadə etməsi davam edəcəkmi?

-Əlbəttə, sürücülər  sonra da vahid geyim formasından istifadə edəcəklər. Bu cür geyim formasının hazırlanması uzun zamandır gündəmdə idi. Hər bir sahədə xüsusi geyim olduğu kimi, bu sahədə də xüsusi geyim forması olmalıdır. Sərnişin bilməlidir ki, avtobusu idarə edən kimdir. Yəni, sürücü öz geyim formasına görə sərnişindən fərqlənməlidir. Bu həm mədəniyyət göstəricisidir, həm də xidmətin səviyyəsinin yüksəlməsi deməkdir. Biz həm də istəyirdik ki,  yeni geyim formalarının tətbiqi gətirilən təzə avtobuslardan başlasın. Eyni zamanda nəzərə alsaq ki, qarşıdan böyük tədbir gəlir, həmin tədbir ərəfəsi bu geyimi tətbiq etmək daha məqsədəuyğun olar.

-I Avropa Oyunları ilə bağlı sürücülər üçün təşkil olunan kurslar hələ də davam edir?

-Dərnəgüldəki Tədris Kurs Kombinatında kurslarımız davam etdirilir. Əvvəllər sürücülərin bu kurslara marağı az olsa da indi elə deyil. Artıq görürlər ki, biz sürücü bazası hazırlayırıq və onlarda da kurslara gəlməyə maraq yaranır. Orada sadəcə maşını necə idarə etməklə bağlı deyil, peşə davranışı, etik qaydalarla bağlı təlimlər keçirilir. Doğrudan da, bizim tərəfimizdən hazırlanan sürücülər, əvvəlki sürücülərdən çox fərqlənir. Nəzərdə tutulub ki, gələcəkdə  Tədris Kurs Kombinatının ərazisi genişləndirilsin  və kurslara daha çox sürücü cəlb olunsun.

-Bir müddət öncə Azərbaycana "Daewoo" markalı yeni iritutumlu sərnişin avtobusları gətirilib. Növbəti avtobusların nə vaxta gətirilməsi planlaşdırılır?

-Şəhərdaxili nəqliyyatda vaxtaşırı yüzlərlə avtobus gətirilir və xəttə buraxılıb. Rayonlararası xətlərdə də yeni avtobuslara ehtiyac var. Artıq bu istiqamətdə işlər başlanılıb. Bu yaxınlarda bölgələr üçün gətirilən avtobusların təqdimatı keçirildi.  Növbəti avtobuslar da yaxın vaxtlarda gətiriləcək. Bölgələrə gedən avtobuslar arasında aşınan, deformasiyaya uğrayan avtobuslar var ki, onların dəyişdirilmə vaxtı çatıb. Bundan əvvəl də bölgələr üçün avtobuslar gətirilmişdi. Lənkəran, Mingəçevir, Qəbələ istiqamətində xəttə buraxılmışdı. Yeni gətirilən avtobuslar isə əsasən Naxçıvan, Qazax istiqamətində hərəkət edəcək. Bu proses uğurlu şəkildə davam etdiriləcək.

- Bəs “İVECO” markalı yeni avtobuslar istismara nə vaxt buraxılacaq?

-Avtobus parkının yenilənməsi ilin sonuna kimi davam edəcək. Yay aylarında yeni avtobusların gətirilməsi planlaşdırılır.

-Bakı-Sumqayıt istiqamətində qanunsuz fəaliyyət göstərən sərnişin avtobuslarına qarşı reydlər davam edirmi?

-Çox təəssüf ki, bu cür hallar baş verir. Reydlər keçirdiyimiz zaman qanunsuz fəaliyyətdə azalma müşahidə olunur. Lakin sonra yenə də bu kimi hallar davam edir. Biz bununla bağlı dəfələrlə reydlər keçirmişik və bu tədbirlər davamlı olacaq. Dövlət Avtomobil Nəqliyyatı Xidməti, “Bakı Sərnişin Nəqliyyatı” MMC-nin əməkdaşları bu reydləri daha da tez-tez keçirəcəklər. May ayından etibarən bu sahədə dönüş yaranacaq. Nəzərə alsaq ki, qarşıdan böyük bir tədbir gəlir nəinki avtobuslara, hətta qeyri-qanuni fəaliyyət göstərən taksilərə də imkan verilməyəcək ki, oyun xətləri ətrafına gəlsinlər. Onlar ya qanuni fəaliyyət üçün icazə almalıdırlar, ya da bu sahədə fəaliyyətlərini dayandırmalıdırlar. Əks təqdirdə çox ciddi cəza tədbirləri görüləcək.

-Bu ilin 4 ayı ərzində sükan arxasında qaydaları pozan sürücülərlə bağlı hansısa tədbirlər görülüb?

-Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin kameraları vasitəsilə sürücülərin hərəkətləri göz qabağında olur. Dəfələrlə bu cür qayda pozuntularını biz kameralar vasitəsilə qeydə almışıq. Və bununla bağlı sürücülərə də müraciət olunub.  174 marşrut xəttindən 130-dan çoxu kameralar vasitəsilə izlənilir. Biz vaxtaşırı sahibkarlarla görüşlər keçiririk və bu kimi məsələləri müzakirə edirik. Belə qanun pozuntuları ilə bağlı ictimai nəqliyyatdan uzaqlaşdırma halları da olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib