CƏMİYYƏT


Nəsimi rayonunda 200 uşağın iştirakı ilə bayram tədbiri keçirilib

Bakı, 1 iyun, AZƏRTAC

Nəsimi rayonundakı 11 və 268 nömrəli xüsusi məktəblərdə və Bakı Autizm İdman və Yaşam Klubunda təhsil alan fiziki cəhətdən qüsurlu 200-dən çox uşağın iştirakı ilə bayram tədbiri keçirilib. Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, tədbir 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilib.

Nəsimi Rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov tədbirdə iştirak edən bütün uşaqları təbrik edərək bildirib ki, ölkəmizin balaca sakinlərinə xüsusi diqqət və qayğı var və uşaq siyasətinin əsasını xalqımızın ümummilli lideri Heydər Əliyev qoyub. Uşaqların istedadının üzə çıxarılması sahəsində silsilə tədbirlərin keçirilməsi, körpələrin hərtərəfli qayğı ilə əhatə olunması onun qoyduğu ənənələrin uzun illər yaşayacağına zəmanət verir. Qeyd olunub ki, Heydər Əliyev Fondunun fəaliyyəti gələcəyimiz olan uşaqlara yüksək qayğı nümunəsidir və cəmiyyəti onlara diqqət və qayğı ilə yanaşmağa səfərbər edir.

Keçirilən bayram şənliyi müəllim və valideynlərin çox böyük razılığına səbəb olub və uşaqların yaddaşında xoş izlər buraxıb. İncəsənət ustalarının çıxışları ilə davam edən tədbirdə uşaqlar rəqs edərək əyləniblər və onlara hədiyyələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.