İDMAN
Nino Salukvadze: Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını keçirməklə sülhsevərliyini dünyaya sübut edir
Tbilisi, 18 aprel, AZƏRTAC
Azərbaycan beynəlxalq idman yarışlarını təşkil etməklə həm güclü idman ölkəsi olduğunu, həm də sülhsevərliyini dünyaya sübut edir. IV İslam Həmrəyliyi Oyunları sülhə çağırışdır. İdman ictimaiyyəti bunu yüksək qiymətləndirir.
Bu sözləri Gürcüstan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, güllə atıcılığı üzrə altıqat dünya, dəfələrlə Avropa çempionu Nino Salukvadze AZƏRTAC-a müsahibəsində söyləyib.
“IV İslam Həmrəyliyi Oyunlarını dünyada sülh oyunları adlandırmaq olar. İnanıram ki, birinci Avropa Oyunları kimi, IV İslam Həmrəyliyi Oyunları da yüksək səviyyədə təşkil ediləcək. Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanda idmanın inkişafına xüsusi diqqət yetirirlər. Bu, yüksək qiymətə layiqdir”, - deyə Salukvadze vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi