CƏMİYYƏT
Nizami rayonunda 800 ağac və 400 kol əkilib
Bakı, 11 may, AZƏRTAC
Xalqımızın ümummilli lideri Heydər Əliyev ekoloji problemlərinin həllini, təbiət abidələrinin qorunub saxlanmasını həmişə diqqət mərkəzində saxlamış, ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə məsələlərinə xüsusi qayğı ilə yanaşmışdır.
Bu gün ətraf mühitin mühafizəsi, ölkə vətəndaşlarının təhlükəsiz və sağlam mühitdə yaşamasının təmin edilməsi, ekoloji problemlərin aradan qaldırılması və yaşıllıqların genişləndirilməsi istiqamətində görülən tədbirlər müstəqil Azərbaycanın qurucusunun xatirəsinə ehtiram kimi səslənir.
Nizami Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə rayonda ağacəkmə kampaniyası keçirilib.
Tədbir zamanı rayon ərazisində M. Əliyev və M. Abbasov küçələrində 400 bəzək kolu, 200 Eldar şamı, 300 sərv ağacı, 300 tuya ağacı və 400 bəzək kolu əkilib, mövcud yaşıllıqlara qulluq göstərilib.