CƏMİYYƏT
Nizami rayonunda Dövlət qulluqçuları peşə bayramı münasibətilə mükafatlandırılıblar
Bakı, 23 iyun, AZƏRTAC
Nizami Rayon İcra Hakimiyyətində 23 iyun – Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə tədbir keçirilib. Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən xəbər veriblər.
Tədbiri icra hakimiyyətinin başçısı Arif Qasımov açaraq dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edərək onlara işlərində uğurlar arzulayıb.
Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova öz çıxışında respublikamızda müasir tələblərə cavab verən dövlət idarəetmə sisteminin qurulduğunu, vətəndaşların hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi üçün zəruri təsisatlar yaradıldığını qeyd edib.
Milli Məclisin deputatı Sədaqət Vəliyeva və Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Rayon Komitəsinin sədri Hacımurad Hənifəyev peşə bayramı gününün dövlət qulluqçularını cəmiyyətin siyasi, sosial-iqtisadi həyatındakı müstəsna roluna verilən ən yüksək qiymət olduğunu və məmurları dövlət quruculuğu prosesində daim fəal və əzmkar olmağa sövq etdiyini vurğulayıblar.
Sonra səmərəli fəaliyyətinə görə bir qrup dövlət qulluqçusu mükafatlandırılıblar.