SİYASƏT


Nquyen Duk Loi: AZƏRTAC-ın Dünya Xəbər Agentlikləri Konqresində və OANA-da liderlik fəaliyyətinə inanırıq

Hanoy, 7 dekabr, AZƏRTAC

Biz AZƏRTAC-ın Dünya Xəbər Agentlikləri Konqresində, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatında (OANA) liderlik fəaliyyətinə inanırıq.

Bu fikri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində Vyetnam Xəbər Agentliyinin (VNA) baş direktoru Nquyen Duk Loi səsləndirib.

Heydər Əliyev Fondunun və AZƏRTAC-ın Dünya Xəbər Agentliklərinin V Konqresini və OANA-nın XVI Baş Assambleyasını Bakıda yüksək səviyyədə təşkil etdiklərini deyən Nquyen Duk Loi, bu tədbirlərin dünya mətbuatının aktual problemlərinin müzakirəsi baxımından yüksək əhəmiyyət daşıdığını bildirib. O, həmçinin qeyd edib ki, dünyanın hər yerindən xəbər agentliklərinin rəhbər şəxslərinin və nümayəndələrinin qatıldıqları, habelə BMT baş katibinin və UNESCO-nun Baş direktorunun müraciət ünvanladıqları tədbirlərdə yeni şəraitdə xəbər agentliklərinin əsas dəyərlərinin qorunmasının vacibliyi bir daha təsdiqlənib.

VNA-nın baş direktoru deyib: “Xüsusi vurğulamaq istədiyim daha bir məqam isə Azərbaycan Prezidenti İlham Əliyevin açılış mərasimində iştirakı və çıxış etməsidir. Biz dövlət başçısının nitqi vasitəsilə Azərbaycanın müxtəlif sahələrdə qazandığı uğurlardan, beynəlxalq inteqrasiya fəaliyyətindən, o cümlədən qarşılaşdığı çağırışlardan xəbər tutduq”.

Nquyen Duk Loi Bakı haqqında təəssüratlarını da bölüşərək deyib ki, Azərbaycanın paytaxtı Şərq və Qərb mədəniyyətinin ahəngdar vəhdəti və cazibədar memarlığı ilə insanı valeh edir. Bu baxımdan Dünya Xəbər Agentliklərinin V Konqresinin və OANA-nın birgə açılış mərasiminin keçirildiyi Heydər Əliyev Mərkəzini xüsusi qeyd etmək lazımdır.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Hanoy

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.