DÜNYA
Nyu-Cersidə daha bir partlayış baş verib
Bakı, 19 sentyabr, AZƏRTAC
Amerika Birləşmiş Ştatlarının Nyu-Cersi ştatında Elizabet dəmiryolu stansiyası rayonunda partlayış baş verib.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, stansiyadakı zibil qutusunda əldəqayırma partlayıcının olduğu bağlama aşkar edilib. Polis stansiyadakı insanları təxliyə edib və hər iki istiqamətdə qatarların hərəkəti dayandırılıb. Hadisə yerinə gətirilmiş robot qurğunu zərərsizləşdirən zaman partlayış baş verib. Zərər çəkənlər barədə məlumat verilmir.
Xatırladaq ki, sentyabrın 17-də axşam saatlarında Nyu-Yorkun Manhetten rayonunda baş verən partlayış nəticəsində azı 29 nəfər yaralanıb. Elə həmin gün Nyu-Cersi ştatında daha bir partlayış qeydə alınıb.
İnsidentin baş verdiyi ərazilərdə işə düşməmiş digər partlayıcı qurğuların da aşkar edildiyi bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [16:05]
Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində bir nəfər ölüb VİDEO
- 10.05.2024 [15:51]
Çadın hərbi lideri Debi İtno mübahisəli seçkilərin qalibi elan edilib
- 10.05.2024 [14:51]
Qazaxıstan və Niderland arasında doqquz kommersiya sazişi imzalanıb
- 10.05.2024 [14:44]
Ukrayna ordusuna 20 minədək məhbus səfərbər edilə bilər
- 10.05.2024 [14:13]
Ukrayna F-16 qırıcısı üçün ilk uçuş simulyatorunu alıb
- 10.05.2024 [13:26]