İQTİSADİYYAT


OPEC+ ölkələri hasilatı azaltmaq barədə müqaviləyə əməl edirlər

Bakı, 24 iyul, AZƏRTAC

OPEC və qeyri–OPEC ölkələri (OPEC+) hasilatı azaltmaq barədə sazişi iyun ayında təqribən 90 faiz yerinə yetiriblər.

AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bunu Sankt-Peterburqda jurnalistlərə Küveytin neft naziri Essam əl-Marzuk söyləyib.

Xatırladaq ki, Energetika Nazirliyinin məlumatına görə, Azərbaycan iyunda neft hasilatının azaldılması üzrə öhdəlikləri tam yerinə yetirib. İyunda respublika üzrə gündəlik neft hasilatı 793,7 min barrel təşkil edib ki, bunun da 738,7 min barreli xam neft, 55 min barreli kondensatdır. Hər gün 624,1 min barrel xam neft , 55 min barrel kondensat, 21,4 min barrel neft məhsulları ixrac edilib. Azərbaycan gündəlik neft hasilatını 35 min barrel azaltmaq üzrə ilin birinci yarısı üçün üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirib.

Respublika üzrə gündəlik neft hasilatı yanvarda 793,3 min barrel, fevralda 776,4 min barrel, martda 733,3 min barrel, apreldə 781,1 min barrel, mayda 785,3 min barrel təşkil edib.

OPEC ölkələri 2016-cı il noyabrın 30-da Vyanada neftin qiymətlərini sabitləşdirmək məqsədi ilə gündəlik hasilatın 1,2 milyon barrel azaldılması barədə razılıq əldə ediblər. Dekabrın 10-da isə OPEC-in üzvü olmayan 11 ölkə, o cümlədən Azərbaycan gündəlik ümumi hasilatın 558 min barrel azaldılması barədə razılığa gəlib. Azərbaycan üçün bu rəqəm 35 min barrel təşkil edib və o, bu öhdəliyi yerinə yetirir. 2017-ci il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC və qeyri-OPEC ölkələri neft hasilatının azaldılması müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılığa gəliblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.