İQTİSADİYYAT


OPEC və Rusiya neft hasilatına məhdudiyyət tətbiq etməsə, qiymətlər 40 dollardan aşağı düşə bilər

A+ A

Bakı, 30 noyabr, Nihad Budaqov, AZƏRTAC 

Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və Rusiya neft hasilatına məhdudiyyət tətbiq etməsə, bazardakı təklif çoxluğu artmaqda davam edəcək. Bu da neftin barrel qiymətinin 40 dollardan aşağı düşməsinə səbəb olacaq.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, ABŞ-dakı Strateji Enerji və İqtisadi Araşdırma Mərkəzinin (SEER) rəhbəri Maykl Lynç bu fikirdədir.

“OPEC-ə üzv ölkələrdən İran, İraq, Liviya, Nigeriya və Venesuelada iqtisadi çətinliklər yaşanır. Bu da həmin ölkələrin mümkün istehsalı azaltmaq üzrə müqavilədə güzəştə getməyəcəklərini göstərir”,- deyə o bildirib.

Qeyd edək ki, OPEC ötən 8 ildə ilk dəfə bu gün Vyanada neft hasilatını azaltmaq üzrə razılığa gəlmək ərəfəsindədir. Oktyabr ayında gündəlik 34 milyon barrel ilə rekord səviyyələrə neft hasil edən OPEC istehsalı 32,5-33 milyon barrel səviyyəsinə salmağı müzakirə edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.