SİYASƏT
Odessada “Azərbaycan” parkının layihəsi müzakirə olunub
AZƏRTAC Odessa şəhərinin rəsmi saytına (http://www.odessa.ua/ru/news/63297/) istinadla xəbər verir ki, görüşdə Odessa şəhəri başçısının birinci müavini Anatoli Orlovski, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ukraynadakı nümayəndəsi Həzi Aslanov, habelə profilli idarələrin və “Odessaqaz”, “Odessaoblenerqo”, “Ukrtelekom” və “İnfoksvodokanal” səhmdar cəmiyyətlərinin nümayəndələri iştirak ediblər.
Odessada yeni beynəlmiləl parkın açılışı 2015-ci ilin mart ayına nəzərdə tutulub. Layihəni təsdiq etmək üçün hazırda onun üzərində tamamlanma işləri aparılır. Yeni istirahət zonası Böyük Fəvvarə stansiyasının 4-cü rayonunda 2 hektar ərazidə salınacaq.
Məlumatda o da bildirilir ki, hələ 2012-ci ildə Odessada parklardan birinin Kiyevdə yerləşən Heydər Əliyev Parkına oxşar şəkildə abadlaşdırılmasına dair razılaşma əldə olunub. Azərbaycan tərəfi gələcək parkın yaradılması üzrə işləri öz üzərinə götürüb. Layihəyə görə, parkda gül-çiçəkliyin yaradılması və fəvvarələrin tikintisi nəzərdə tutulub.