CƏMİYYƏT
Ölkədə qаzаnılаn sosial-iqtisadi uğurlar Sumqаyıtın da dinаmik inkişаfınа gеniş imkаnlаr yаrаdıb
Sumqayıt, 1 avqust, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Şəhər İcra Hakimiyyətinin konfrans zalında 2015–ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları müzakirə olunub. Şəhər icra hakimiyyətinin başçısı yanında şuranın geniş yığıncağında müəssisə, idarə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, hesabat yığıncağında şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov çıxış edib. Bildirilib ki, ölkə həyаtının bütün sаhələrində reallaşdırılan əsaslı islаhаtlаr, qаzаnılаn sosial-iqtisadi uğurlar Sumqаyıt şəhərinin də hərtərəfli və dinаmik inkişаfınа gеniş imkаnlаr açıb. Yеni müаsir istеhsаlаtlаrın yаrаdılmаsı, şəhərin yüksək səviyyədə аbаdlаşdırılmаsı, sakinlərin rifаh hаlının dаhа dа yахşılаşdırılmаsınа yönəldilmiş lаyihələr məhz dövlətimizin başçısının Sumqаyıtа оlаn хüsusi diqqətinin nəticəsidir və bu istiqаmətdə işlər uğurlа dаvаm еtdirilir. Sоn dörd ildə Prеzidеntin Sumqayıta müхtəlif vахtlаrdа dəfələrlə еtdiyi səfərlər şəhərin sosial-iqtisadi həyatında yüksək artım tempinə güclü stimul verib.
Hesabat məruzəsini Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Lalə Hacıyeva təqdim edib. Qeyd olunub ki, ilin birinci yarısında şəhər üzrə ümumdaxili məhsul istehsalı və xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə nəzərəçarpacaq dərəcədə artıb. Artım tempi 9,4 faiz təşkil edib, ümumdaxili məhsulun həcmi 330,0 milyon manat olub. Sənaye məhsulunun həcmi 181,0 milyon manat olmaqla, artım tempi 1,1 faiz təşkil edib. Sənayenin ayrı-ayrı sahələri üzrə də artım müşahidə olunub.
Ümumdaxili məhsulun tərkibində qeyri-neft sektorunun payı 75 faizdən çox təşkil edib. İnvestisiya qoyuluşu 7 faiz artmaqla, 28 milyon manata çatıb. Tikinti-quraşdırma işləri 2,3 faiz, ticarət dövriyyəsinin həcmi 19 faiz, pullu xidmət isə 35,3 faiz artıb. Şəhər üzrə sərnişin daşınmasında 6,3 faiz, rabitə xidmətində isə 3,4 faiz artım əldə olunub.
Məlumat verilib ki, işsizliyin aradan qaldırılması ilə bağlı mövcud sənaye xarakterli istehsalat sahələrinin genişləndirilməsi, metallurgiya, kimya sənayesi, yüngül, yeyinti və sair sahələrdə inkişafın dəstəklənməsi davam etdirilir. Həyata keçirilən tədbirlər nəticəsində hesabat dövründə 1571 yeni iş yeri açılıb, orta aylıq əmək haqqı isə 400 manat olub.
Alyans Tekstil Fabriki və beton məmulatları istehsalı zavodu ilə bərabər Sumqayıt Texnologiya Parkında altı zavodda tamamlama işlərinin görülməsi, Sumqayıt Kimya Sənaye Parkına 4 rezident tərəfindən 700 milyon manat həcmində investisiya qoyuluşu nəzərdə tutulur.
Hesabat ətrafında çıxış edənlər şəhərdə görülən işləri müsbət qiymətləndiriblər.
Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.