MƏDƏNİYYƏT


Ölkəmiz mədəniyyət və rəqəmsallaşmaya dair Avropa Şurası platformasının 3-cü konfransında təmsil olunub

A+ A

Bakı, 1 oktyabr, AZƏRTAC

Mədəniyyət və Turizm Nazirliyi Estoniyanın paytaxtı Tallində mədəniyyət və rəqəmsallaşmaya dair Avropa Şurası platformasının 3-cü konfransında təmsil olunub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Tallinn Universitetinin əsas binasında keçirilən konfransın şüarı “Mədəniyyət 4D ölçüsündə: Rəqəmsallaşma, Məlumat, Pozulmalar, Müxtəliflik” (Culture 4D: Digitization, Data, Disruptions, Diversity”) olub.

İki əsas sessiyadan və 6 panel müzakirədən ibarət konfransda əsasən mədəniyyətdə iştirakın və mədəniyyətin gücləndirilməsi üsulları, vətəndaşların internetdən istifadəsinin təşviqi və digər mövzularda müzakirələr aparılıb.

Konfransda Estoniya Hökumətinin, Avropa Şurasının rəhbər şəxsləri, müxtəlif universitetlərin, qeyri-hökumət təşkilatlarının, özəl sektorun nümayəndələri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.