REGİONLAR
Ordu sıralarına yola düşən Balakən gəncləri Vətənə şərəflə xidmət edəcəklərini bildiriblər VİDEO
AZƏRTAC xəbər verir ki, ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri və valideynlərin iştirakı ilə keçirilən təntənəli mərasimin əvvəlində Azərbaycanın dövlət himni səsləndirilib.
Mərasimdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Balakən rayon şöbəsinin rəisi, polkovnik-leytenant Fuad Caniyev çıxış edərək ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlərdən danışıb. Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bu sahəyə yüksək diqqət və qayğısı sayəsində hazırda milli ordumuz regionun ən güclü və qüdrətli ordusuna çevrilib.
Mərasimdə çıxış edənlər ordu sıralarına yola düşən gənclərə şərəflə xidmət etməyi, hərbi biliklərə dərindən yiyələnməyi tövsiyə ediblər.
Bədii proqramdan sonra çağırışçı gənclər Azərbaycanın dövlət bayrağının altından keçərək hərbi hissələrə yola düşüblər.