CƏMİYYƏT


Ötən il 313 vəzifəli şəxs barəsində 201 cinayət işi məhkəmələrə göndərilib

A+ A

Bakı, 16 yanvar, AZƏRTAC

Ötən il korrupsiya cinayəti törədən 6 şəxs cinayət başında yaxalanıb. Həmçinin Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları tərəfindən aparılan araşdırmalar üzrə 32 cinayət işi başlanıb. Keçən il dövlət və özəl sektorda çalışan 313 vəzifəli şəxs barəsində 201 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin 2016-cı il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı KİV və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında məlumat verilib.

Baş prokurorun müavini, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev ötən il ölkəmizdə digər istiqamətlərdə olduğu kimi, korrupsiyaya qarşı mübarizə sahəsində də mühüm nailiyyətlərin əldə olunduğunu bildirib.

Ötən il korrupsiyaya qarşı mübarizə, məhkəmə-hüquq sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən tədbirlərdən danışan K.Əliyev bildirib ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunda edilmiş dəyişikliyə əsasən, bütün mərkəzi icra orqanlarında korrupsiyaya qarşı mübarizə üzrə müvafiq qurumlar yaradılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.