DÜNYA


Ötən il 5 mindən çox mühacir Avropaya keçməyə cəhd göstərərkən həyatını itirib

A+ A

Bakı, 6 yanvar, AZƏRTAC

2016-cı ildə 5 mindən çox mühacir Aralıq dənizinı keçməyə cəhd göstərərkən həyatını itirib, 363 min nəfər isə Avropaya çatmağa müvəffəq olub. Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının məlumatında deyilir.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ölüm halları ən çox İtaliyaya keçməyə cəhd edən mühacirlər arasında qeydə alınıb – 4,5 min nəfər.

“ЕС Frontex” sərhədyanı agentliyinin ilkin məlumatına əsasən, 2016-cı ildə Yunanıstana gələn mühacirlərin sayı bir il əvvəlkinə nisbətən 79 faiz (182,5 min nəfər) azalıb. Agentlik bunu Türkiyə və Avropa İttifaqı arasındakı sazişlə, həmçinin Balkan marşrutunda sərhəd nəzarətinin gücləndirilməsi ilə əlaqələndirir.

Eyni zamanda, mərkəzi Aralıq dənizi marşrutu ilə İtaliyaya keçən mühacirlərin sayı 181 min nəfərə qədər artıb ki, bu da bütün müşahidələr ərzində ən yüksək göstəricidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.