CƏMİYYƏT


“Oynayaraq öyrənək” devizi altında sosialyönümlü təhsil layihəsi həyata keçirilib

Bakı, 23 may, AZƏRTAC

Binəqədi rayonundakı Heydər Əliyev adına istirahət parkında 3-5 yaşlı uşaqların iştirakı ilə “Oynayaraq öyrənək” devizi altında sosialyönümlü təhsil layihəsi həyata keçirilib. Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu və Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Pedaqoji Kollecinin təşkilatçılığı ilə həyata vəsiqə alan layihənin məqsədi didaktik oyunlar vasitəsilə uşaqları məktəbə hazırlamağın mümkünlüyünü nümayiş etdirmək, uşaq tərbiyəsi və təhsillə əlaqədar cəmiyyəti maarifləndirməkdən ibarət olub.

Binəqədi Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Pedaqoji Kollecin bir qrup tələbəsinin apardığı təlim zamanı parkda dincələn uşaqlara və onların valideynlərinə fləşmob formatında öyrədici və əyləncəli məşğələlər keçiblər. Təlimlərdə tələbələr uşaqlara erkən inkişafı, öyrənmə nəzəriyyələri, didaktik oyunların əhəmiyyəti, məktəbəqədər yaşlı uşaqlarla işin təşkili metodikası və s. nəzəri biliklərlə yanaşı sırf təcrübi bacarıqlar da aşılamağa çalışıblar. Tələbələr uşaqlara parkda həyata keçirmək mümkün olan fəal oyunlar öyrədiblər və oyunların didaktik əhəmiyyətini təhlil ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.