CƏMİYYƏT


Özbəkistan Prezidenti İslam Kərimovun vəfatı ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq

A+ A

Bakı, 3 sentyabr, AZƏRTAC

Özbəkistan Prezidenti İslam Kərimovun vəfatı ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq. Səfirliyin binasındakı dövlət bayrağı yarıya qədər endirilib.

Xatirə kitabı sentyabrın 3-də saat 14:00-dan 16:00-dək, sentyabrın 4-də 14:00-dan 16:00-dək, sentyabrın 5-də 11:00-dan 13:00-dək və 14:00-dan 17:00-dək, sentyabrın 6-da 11:00-dan 13:00-dək və 14:00-dan 17:00-dək açılacaq.

Ölkənin milli bayramı - dövlət müstəqilliyinin 25-ci ildönümü münasibətilə sentyabrın 6-da Bakıda keçirilməsi nəzərdə tutulan rəsmi qəbul ləğv edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.