SİYASƏT


Özbəkistan portalı: “Azərbaycan böyük qayıdışa doğru ilk addımını atıb”

Daşkənd, 30 yanvar, АZƏRTAC

Özbəkistanın tnews.uz portalı özbək və rus dillərində “Azərbaycan böyük qayıdışa doğru ilk addımını atıb” sərlövhəli məqalə yayıb.

Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzaladığı diqqətə çatdırılır.

Qeyd edilir ki, ötən ilin aprel ayında Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının bir hissəsi ermənilərin işğalından azad edilib və bu gün o torpaqlarda Azərbaycanın bayrağı dalğalanır. Bu isə növbəti dəfə Azərbaycan xalqının və ordusunun gücünü göstərdi. Azərbaycan sübut etdi ki, Ermənistanın işğal etdiyi torpaqları hərbi yolla qaytarmağa qadirdir.

Bildirilir ki, Azərbaycan işğaldan azad edilmiş torpaqların bərpası üçün nə lazımsa edəcək, məcburi köçkünlər yaxın gələcəkdə doğma torpaqlarına qayıdacaqlar.

Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da söhbət açılır.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.