İQTİSADİYYAT
“PAŞA Sığorta” “Ən yaxşı qonşu” adlı yeni əmlak sığortası kampaniyasına start verib
Bakı, 26 may, AZƏRTAC
“PAŞA Sığorta” 10 illik yubileyi ilə əlaqədar “Ən yaxşı qonşu” adlı yeni əmlak sığortası kampaniyasını müştərilərinə təqdim edir.
Şirkətdən AZƏRTAC-a bildiriblər ki, kampaniyanın əsas məqsədi daha az xərclə insanların rahatlığını və təhlükəsizliyini təmin etməkdir. Mayın 26-dan iyunun 16-dək davam edəcək kampaniya müddətində “PAŞA Sığorta”nın rəsmi “Facebook” səhifəsində “Ən yaxşı qonşu” adlı aksiya keçiriləcək. Aksiyada iştirak etmək istəyən şəxslər şirkətin rəsmi “Facebook” səhifəsində yerləşdirilmiş “Ən yaxşı qonşu” başlıqlı tətbiqə daxil olaraq özləri haqqında şəxsi məlumatlarını əlavə edib aksiyada iştirak etmək hüququ əldə edəcəklər və 10 suala cavab verərək ballar qazanacaqlar. Aksiyanın şərtlərinə əsasən, iştirakçılar topladıqları ballara uyğun olaraq şirkətin əmlak sığortası məhsulları üzrə 5-dən 25 faizədək endirimlərdən yararlanmaq imkanı qazanacaqlar. 10 bal toplayan ilk 10 iştirakçı isə şirkətin əmlak sığortası üzrə “Yaşıl Bakı” məhsulunun Çinar paketini hədiyyə olaraq əldə edəcək.