REGİONLAR
PAYIZLIQ TAXIL ƏKİNLƏRİNƏ HAZIRLIQ İŞLƏRİ APARILIR
AZƏRTAC-ın verdiyi xəbərə görə, Ağsu rayonunda taxılçılığa son illər xüsusi diqqət yetirilir. Ötən il əkin sahələri 25,5 min hektara çatdırılmış, bu il 73 min tonadək məhsul istehsal olunmuşdur. Bu, keçən ildəkindən 11,3 min ton çoxdur. Bölgədə gələn ilin məhsulu üçün 27 min hektarda payızlıq taxıl səpiləcəyi gözlənilir. Hər gün sahələrdə 70-dək traktor işləyir və hələlik 7 min hektardan çox sahə şumlanmışdır.
Fermerlər, eləcə də torpaq mülkiyyətçiləri 5,7 min tondan çox toxum tədarük etmişlər. Bu payızda, əsasən, akademik Cəlal Əliyevin “Bərəkətli”, “Qiymətli”, “Əkinçi”, habelə yerli “Bezos”, “Qaraqılçıq”, “Faktor” sortlarından istifadə olunacaqdır.
Oktyabrın ikinci ongünlüyündən etibarən səpin kampaniyasına başlanacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]