DÜNYA


Pakistanda yanacaq daşıyan maşının partlaması nəticəsində həlak olanların sayı 170-i keçib

İslamabad, 29 iyun, AZƏRTAC

Pakistanın şərqində yanacaq daşıyan maşının aşması və partlaması nəticəsində həlak olanların sayı 173-ə çatıb.

Pakistan mətbuatının məlumatına görə, qəzada 110-dan çox adam müxtəlif dərəcədə yanıq diaqnozu ilə xəstəxanalara yerləşdirilib.

Yaxınlıqda yaşayan əhali aşan maşındakı yanacağı toplamağa başlayıb. Sonra gözlənilmədən partlayış baş verib. Nəticədə onlarla maşın və 75 motosiklet yanıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.