MƏDƏNİYYƏT


Parisdə UNESCO-nun baş direktorunun müavini və katibliyin rəsmiləri ilə görüş keçirilib

A+ A

Bakı, 8 oktyabr, AZƏRTAC

Parisdə UNESCO-nun baş qərargahında Azərbaycan nümayəndə heyəti ilə qurumun rəsmiləri arasında görüş keçirilib.

Görüşdə ölkəmizin UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov və Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə iştirak edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə UNESCO-nun baş direktorunun müavini Nada Əl-Nəşif təmsil etdiyi qurumla Azərbaycan arasındakı əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edib. Bildirib ki, 2017-ci ildə Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda UNESCO-nun tərəfdaşlığının ən yüksək səviyyədə hiss olunacağını, artıq təşkilatın ayrı-ayrı departamentləri tərəfindən maraqlı təkliflərin hazırlandığını bildirib.

Azərbaycan nümayəndə heyəti görüşün təşkilinə görə təşəkkürünü bildirərək Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın UNESCO ilə əlaqələrin inkişafına olduqca mühüm töhfələr verdiklərini bildiriblər. Vurğulanıb ki, dövlətimizin başçısı dünyada mədəniyyətlər və sivilizasiyalar arasında dialoqu təşviq edən “Bakı Prosesi”nə və Foruma böyük önəm verir.

Görüşdə Forumun yüksək səviyyədə təşkili və “Bakı Prosesi”nin davamlılığını təmin etmək məqsədilə işçi qrupun toplantısının Parisdə keçirilməsi qərara alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.