CƏMİYYƏT


Pataqoniyada 52 milyon il yaşı olan daşlaşmış meyvə aşkar edilib

A+ A

Bakı, 6 yanvar, AZƏRTAC

Alimlər Latın Amerikasının cənubunda, Pataqoniya qayalıqlarında daşlaşmış qədim bitkinin nadir nümunəsini aşkar ediblər. Onların fikrincə, bu meyvə təqribən 52 milyon il əvvəl yetişib.

AZƏRTAC “bbc.com” saytına istinadla xəbər verir ki, Pensilvaniya Universitetinin alimləri həmin meyvənin müasir fizalisi xatırlatdığını bildirirlər.

Mütəxəssislər bu bitkinin təkamül prosesinin necə getdiyini hələlik bilmirlər. Belə ki, onun yalnız bir neçə toxumu aşkar edilib.

Bircə bu məlumdur ki, həmin meyvə badımcançiçəklilər fəsiləsindəndir. Bu fəsiləyə iki mindən çox bitki növü, o cümlədən kartof, pomidor, badımcan, tütün və uzun bibər kimi geniş yayılmış bitkilər daxildir.

Alimlər ümid bəsləyirlər ki, yaxın vaxtlarda Cənubi Amerikada digər qədim meyvə nümunələrini tapa biləcəklər. Yeni tapıntılar müasir bitkilərin təkamülünü və necə inkişaf etdiyini öyrənməyə imkan verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.