CƏMİYYƏT


Paytaxtın üç rayonu üzrə səyyar qəbula başlanılır

A+ A

Bakı, 4 oktyabr, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) yeni tədris ilində paytaxtın rayonları üzrə müxtəlif məktəblərdə müəllim və valideynlərin ənənəvi səyyar qəbuluna başlayır.

BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, ilk səyyar qəbul oktyabrın 7-də Pirallahı, Xəzər və Sabunçu rayonları üzrə keçiriləcək. Bakının 156 nömrəli məktəbində təşkil olunacaq səyyar qəbul saat 10.00-da başlanacaq.

Səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təminatı üçün sistemli iş aparılması məqsədlərinə xidmət edir.

Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin üzvləri BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşlarından ibarətdir.

Səyyar qəbulda müəllim və valideynləri narahat edən məsələlər BŞTİ-nin rəhbər şəxsləri tərəfindən öyrəniləcək, problemli məsələlər araşdırılaraq həll ediləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri həyata keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.