CƏMİYYƏT


Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsi avqustun 10-da keçiriləcək

A+ A

Bakı, 1 avqust, AZƏRTAC

Prokurorluq orqanlarına işə qəbulun aşkarlıq şəraitində demokratik və şəffaf prosedurlar əsasında beynəlxalq tələblər səviyyəsində aparılmasını təmin edən Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq, Baş Prokurorluq tərəfindən elan edilmiş müsabiqənin yazılı imtahan mərhələsi avqustun 10-da saat 10:00-dan başlayaraq 4 saat müddətində Bakı İdman Sarayında (Bakı şəhəri, Neftçilər prospekti, 26A) keçiriləcək.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, imtahanı müşahidə etmək üçün ölkədə fəaliyyət göstərən müvafiq dövlət qurumlarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri də dəvət olunacaqlar.

Yazılı imtahana buraxılmış namizədlər “Yazılı imtahana buraxılış vərəqəsi”ni və şəxsiyyət vəsiqəsini təqdim etməklə imtahanda iştirak edə bilərlər. İmtahanın keçirilməsi qaydalarına dair məlumat “Yaddaş kitabçası”nda əks etdirilib.

Namizədlər “Yazılı imtahana buraxılış vərəqəsi”ni və “Yaddaş kitabçası”nı avqustun 8-9-da saat 10:00-dan 18:00-dək şəxsiyyət vəsiqəsini təqdim edərək Baş Prokurorluğun inzibati binasının qəbul otağında (Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsi, 7) ala bilərlər.

Əlavə məlumat almaq üçün 492-06-82, 492-62-23 və 437-28-56 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.