İDMAN


Qadın boksçularımız Avropa çempionatının yarımfinalına yüksəliblər

A+ A

Bakı, 21 noyabr, AZƏRTAC

Bolqarıstanın paytaxtı Sofiyada qadın boksçular arasında Avropa çempionatı davam edir.

Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, noyabrın 21-də rinqə çıxan üç təmsilçimizdən ikisi yarımfinala yüksəlib. Belə ki, 54 kiloqram çəki dərəcəsində mübarizə aparan Anna Əlimərdanova isveçli Helena Envallını məğlub edərək yarımfinala adını yazdırıb. Çempionatda 57 kiloqram çəkidə ölkəmizi təmsil edən Məhsəti Həmzəyeva türkiyəli Burcu Sati ilə qarşılaşıb. İdmançımız döyüşü daha yaxşı keçirsə də, qələbə rəqib idmançıya verilib. Yelena Vstropova (69 kq) italiyalı Assunta Kanfora ilə üz-üzə gəlib. Rəqibini məğlub edən boksçumuz Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb.

Qeyd edək ki, noyabrın 22-də qitə çempionatında fasilədir. Daha sonra isə turnir yarımfinal döyüşləri ilə davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.